3 sentyabr 2021-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi” və AREA - Azərbaycan Robototexnika Mühəndisliyi Akademiyasının təşəbbüsü ilə Şəki “ASAN Həyat” kompleksində “INNOLAND AREA” mərkəzinin açılış tədbiri keçirilib.
“INNOLAND AREA” mərkəzinin yaradılmasında məqsəd regionlarda startapların inkişafını təmin edəcək ekosistemin formalaşmasını dəstəkləmək və regional potensialı artırmaq istiqamətində əlverişli şəraiti gücləndirməkdir. O cümlədən regionlarda yaşayan 4-19 yaş arası uşaq və gənclərin inkişafı üçün mühəndislik və robototexnika sahəsində dərnəklər və təlimlər təşkil etmək və onları sahibkarlıq, biznes, innovasiya, startap, layihə idarəetməsi və s. kimi fərqli sahələrdə məlumatlandırmaq və maarifləndirmək əsas hədəflərdəndir.
Tədbir çərçivəsində “İnnovasiyalar Mərkəzi” və AREA - Azərbaycan Robototexnika Mühəndisliyi Akademiyası arasında əməkdaşlıq haqqında müqavilə imzalanıb.
XƏBƏR LENTİ
“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb.
24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb.
“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.
“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.
Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır.
Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir.
“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır.
Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz.
“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!