USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
“Üç bacı”nın qələbəsi

“BBC” şirkətinin rus xidmətinin internet portalında “Sizin fotolarınız” bölməsində Azərbaycan mətbəxinin təbliğinə yönələn şəkil yer alıb. Sayt mütəmadi olaraq “BBC”nin rus xidmətinin oxucularının göndərdiyi fotolardan ibarət tematik fotoqalereya təqdim edir. Bu həftə isə dünyanın ən tanınmış portallarından biri hesab olunan bu xidmətin internet səhifəsində qalereya “3 rəng” mövzusuna həsr olunub.

ASAN Radio xəbər verir ki, təbiət, münasibətlər, meqapolis və digər mövzulara aid fotolarla yanaşı, Azərbaycan mətbəxinin ləziz yeməklərindən biri də həmin saytın seçilən şəkilləri sırasına daxil edilib. Azərbaycandan həvəskar fotoqraf Lalə Sevilin “badımcan dolması”, yaxud “üç bacı dolması” kimi tanınan təamın fotosu indi ən çox izlənilən portallardan birində yerləşdirilib. Şəkli təqdim edən yazıda “Badımcan dolması badımcan, pomidor və bibərdən bişirilir. Bu, Azərbaycan mətbəxinin ən sevilən yay yeməyidir” cümlələri qeyd olunub. Bu şəkil ölkəmizin dünyada daha yaxşı tanınmasına xidmət edir və bir daha ermənilərin bəzən öz mətbəxi kimi təqdim etmək istədikləri yeməklərimizin məhz Azərbaycan xalqına məxsusluğunu göstərir.

Materialla aşağıdakı linkdə tanış olmaq mümkündür: http://www.bbc.com/russian/media-37063630

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!