USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Azad Rəhimov Braziliyada "Azərbaycan" adını daşıyan bələdiyyə məktəbində olub - FOTO

Avqustun 16-da Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov və ölkəmizin Braziliyadakı səfiri Elnur Sultanov Rio-de-Janeyro şəhərində Azərbaycan adını daşıyan bələdiyyə məktəbində olub.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayyə Məmmədova ASAN Radioya xəbər verir ki, hazırda məktəbdə 5-11 siniflər arasında 400 nəfər təhsil alsa da, məktəb ümumilikdə 750 şagird üçün nəzərdə tutulub.

Məlumata görə, məktəbə Azərbaycan adının verilməsi Rio-de-Janeyro Şəhər Bələdiyyəsinin üzvü Joao Ribaşın təşəbbüsü ilə baş tutub. Məhz o, yeni tikiləcək məktəbə "Azərbaycan" adının verilməsi ilə bağlı parlamentə təklif irəli sürüb və bu təklif böyük səs çoxluğu ilə qəbul olunub.

Yeni tikilərək istifadəyə verilmiş məktəb artıq 8 aydır ki, Azərbaycanın adını daşıyır. Məktəb binası üç mərtəbədən ibarətdir. Burada 26 sinif otağı var. Otaqlarda Azərbaycanla bağlı kitablar, rəsmlər, broşürlər, stendlər var, həmçinin Azərbaycan bayrağı asılıb.

Görüşdə qeyd olunub ki, son neçə ildə heç bir məktəbə hansısa ölkənin adı verilməyib və Azərbaycan bu baxımdan yeganə ölkələrdən biridir. Sözügedən məktəbdə fiziki qüsurlu uşaqlar üçün də ayrıca siniflər nəzərdə tutulub.

Məktəbin direktoru Fabio Milioni nazir Azad Rəhimov və səfir Elnur Sultanova məktəb haqqında məlumat verib və qeyd edib ki, məhz bu məktəb Azərbaycanın tanıtımında, sevilməsində, eyni zamanda gənc nəslin Azərbaycanı daha yaxından tanımasında çox böyük rol oynayacaq.

Məktəblə tanışlıqdan sonra səfir Elnur Sultanov Heydər Əliyev Fondu tərəfindən göndərilmiş hədiyyələri məktəbə təqdim edib. Eyni zamanda nazir Azad Rəhimov da məktəbə Avropa Oyunlarının xüsusi hədiyyələrini və Bakıda keçiriləcək İslam Həmrəylik Oyunlarının xatirə hədiyyələrini məktəbə təqdim edib.

Foto: Azərbaycan Gənclər və İdaman Nazirliyinin əməkdaşı, Milli Olimpiya Komitəsinin fotoqrafı Dilavər Nəcəfov

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!