USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
"Media və din" mövzusunda konfrans keçirilib

Bu gün “Multikulturalizm ili” çərçivəsində “Media və din” mövzusunda konfrans keçirilib.

ASAN Radio xəbər verir ki, tədbiri giriş sözü ilə açan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı konfransın əhəmiyyətindən danışıb: "Multikulturalizm ili" çərçivəsində bizim Komitə müxtəlif xarakterli tədbirlər keçirir. Bugünkü konfransımızın əsas məqsədi media və din mövzusuna həsr olunub. Burada məqsədimiz ondan ibarətdir ki, jurnalistlər dini mövzuda yazılar yazarkən bəzi məqamları nəzərə almalıdırlar”.

O bildirib ki, Azərbaycanda mətbuat sərbəstdir, istədiyi mövzunu özü seçə bilər: “Lakin elə həssas mövzular var ki, burada diqqətli olmaq lazımdır.  Xüsusilə xalqın adət-ənənələri, dini məsələlərlə bağlı diqqətli olmalıdırlar. Burada kiçik bir yanlışlıq böyük fəsadlara gətirə bilər”.

M.Qurbanlı qeyd edib ki, dövlət-din məsələsində bütün dini konfessiyalara eyni yanaşma müşahidə edilir. Komitə sədri bildirib ki, Azərbaycan mətbuatı dini radikalizmə qarşı mübarizə məsələsində mühüm rol oynayır, təhlil, maarifləndirici xarakterli yazılar dərc edir: “Ancaq bəzən mətbuatda dini radikal qruplar haqqında məlumatların yerli-yersiz süni şəkildə şişirdilməsinə və bəzən qızışdırıcı yazılara da rast gəlirik. Bəzi mətbuat orqanları çalışır ki, oxucusunun sayı çox olsun, ancaq həssas məsələlərlə bağlı məlumatlar yayanda diqqətli olmaq lazımdır”.

Tədbrdə çıxış edən Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yaranandan etibarən mətbuatla sıx şəkildə işləyir, Mətbuat Şurası ilə birgə layihələr həyata keçirir: “Komitə jurnalistlər üçün açıq bir quruma çevrilib. Hər dəfə bu cür konfranslar keçiriləndə jurnalistlərin də təcrübəsi genişlənir”.

Ə.Amaşov deyib ki, Azərbaycan tolerant bir ölkədir, bu istiqamətdə dünyaya bir nümunədir: “Bu məsələlərdə medianın rolu da var. Xarici qüvvələr tərəfindən dindən sui-istifadə cəhdləri olur. Bu cəhdlərin qarşısının alınmasında Azərbaycan jurnalistikası da mühüm rol oynayır”.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!