USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Rio 2016: Azərbaycan güləşçisi Nataliya Sinişin bürünc medal qazanıb

Azərbaycanın qadın güləşçisi Nataliya Sinişin Rio-de-Janeyroda keçirilən XXXI Yay Olimpiya Oyunlarında bürünc medal qazanıb.

ASAN Radio xəbər verir ki, güləş yarışlarının beşinci günündə 53 kq çəki dərəcəsində çıxış edən Nataliya Sinişin ilk görüşündə yaponiyalı, 13 qat dünya və üçqat Olimpiya çempionu Saori Yoşidaya məğlub olub. Rəqibin finala yüksəlməsi güləşçimizə bürünc uğrunda mübarizə aparmaq hüququ qazandırıb. Bürünc medala gedən yolda seneqallı Elezabet Sambunu və venesuelalı Angelisa Arquelladan məğlub edən güləşçimiz XXXI Yay Olimpiya Oyunlarının bürünc medalını qazanıb.

Qeyd edək ki, Nataliya Sinişin 1985-ci il iyulun 3-də Ukraynanın Sosnivka şəhərində anadan olub. 2006-cı və 2009-cu il dünya çempionatlarının bürünc medalçısıdır. Güləşçi 2015-ci ildə Azərbaycanın paytaxtı Bakıda keçirilən ilk Avropa Oyunlarında bürünc medal qazanıb.

Nataliya Sinişin 2009-cu ildə Vilnüsdə, 2012-ci ildə Belqradda və 2016-cı ildə isə Riqada Avropa çempionatının qızıl medalına sahib olub.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!