Rio Olimpiadasının XIV günündə Azərbaycanın daha 6 idmançısı mübarizə aparacaq.
Boksçumuz Lorenzo Sotomayor (64 kq) yarımfinal döyüşünə çıxacaq, 5 atletimiz isə Olimpiya Oyunlarında debüt edəcək.
Bu gün kişi taekvondoçularımız (80 kq çəki dərəcəsində Milad Beiqi Harçeqani) mübarizə aparacaq. Xanım taekvondoçumuz Fəridə Əzizova (67 kq) da bu gün tatamiyə çıxacaq.
Sərbəst güləşçilərimiz Hacı Əliyev (57 kq) və Cəbrayıl Həsənov (74 kq) da yarışa qatılacaqlar.
Bədii gimnastımız Marina Durunda isə dörd növdə təsnifat yarışlarında çıxış edəcək.
Olimpiya Oyunları: XIV gün
Taekvondo
1/8 final
17:15. Milad Beiqi Harçeqani (80 kq) – İsmael Kulibali (Mali)
18:30. Fəridə Əzizova (67 kq) – Peyc Makferson (ABŞ)
Sərbəst güləş
1/8 final
17:25. Hacı Əliyev (57 kq) – Cunsik Yun (Cənubi Koreya)
17:50. Cəbrayıl Həsənov (74 kq) – Karlos Arturo İzquerdo (Kolumbiya)
Boks
Yarımfinal
21:45. Lorenzo Sotomayor (64kq) – Artyom Harutunyan (Almaniya)
Bədii gimnastika
Təsnifat mərhələsi
17:20. Marina Durunda
XƏBƏR LENTİ
“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb.
24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb.
“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.
“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.
Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır.
Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir.
“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır.
Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz.
“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!