USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Rio-de-Janeyroda XXXI Yay Olimpiya oyunlarının bağlanış mərasimi keçirilib

Rio-de-Janeyroda  XXXI Olimpiya oyunlarının bağlanış mərasimi keçirilib.

ASAN Radionun məlumatına görə,  bu gün Bakı vaxtı ilə saat 03:00-də  başlanan mərasim “Marakana” stadionunda təşkil olunub.

Braziliya karnavalı şəklində hazırlanan bağlanış mərasimi çərçivəsində dünya ölkələri olimpiyaçılarının yürüşü olub. XXXI Rio-de-Janeyro Yay Olimpiya Oyunlarının bağlanış mərasimində olimpiya məşəli söndürülüb. Üç ölkənin - Olimpiya oyunlarının vətəni Yunanıstanın, Braziliyanın  və növbəti Yay Olimpiya Oyunlarının keçiriləcəyi Yaponiyanın bayraqları qaldırılıb.  Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax XXXI Rio-de-Janeyro Yay Olimpiya Oyunlarını bağlı elan edib.

Xatırladaq ki, avqustun 5-dən 21-dək Rio de Janeyro Olimpiadasında 207 ölkəni təmsil edən 10 mindən çox idmançı 33 növ üzrə 306  dəst medal uğrunda mübarizə aparıb. Azərbaycanı 18 idman növündə 56 idmançı təmsil edib. Olimpiya oyunlarında Azərbaycan idmançıları 18 medal, o cümlədən 1 qızıl, 7 gümüş və 10 bürünc medal qazanıblar.

 

 

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!