USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Azərbaycanda kimsəsiz körpələrin sayı açıqlanıb

Azərbaycanda körpələr evində 3 yaşadək olan uşaqların sayı artıb.

ASAN Radio xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin hesabatında bildirilir.

Məlumata görə, ötən il körpələr evində 3 yaşadək olan uşaqların sayı 57 nəfər olub ki, onlardan 43,9 faizini qızlar, 56,1 faizini isə oğlanlar təşkil edib.

2014-cü ildə körpələr evində olan 3 yaşadək uşaqların sayı 45 nəfər olub. Onlardan 46,7 faizini qızlar, 53,3 faizini oğlanlar təşkil edib.

2013-cü ildə bu rəqəm 62, 2012-ci ildə 64 nəfər olub.

2011-ci ildə körpələr evində 3 yaşadək olan uşaqların sayı 55 nəfər olub ki, onların da 52,7 faizi oğlan uşaqları olub.

Qeyd edək ki, körpələr evləri kimsəsiz uşaqların saxlanılması üçün nəzərdə tutulub.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!