USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Türk Şurasının baş katibi: “Quruma üzv ölkələr Dağlıq Qarabağla bağlı Azərbaycanın haqlı mövqeyini dəstəkləyir"

“Ümid edirik ki, bu il Türkdilli Ölkələrin Əməkdaşlıq Şurası (Türk Şurası) BMT yanında müşahidəçi statusunu ala biləcək”.

ASAN Radio xəbər verir ki, bunu qurumun baş katibi Ramil Həsənov deyib.

O bildirib ki, Şura 3 ildir bu statusu almaq üçün müraciət edib: "Təəssüf ki, bir neçə ölkə altıncı komitədə üzvlüyümüzlə bağlı etiraz etdiyi üçün bu, baş tutmayıb. Ümid edirik ki, bu il oktyabr ayında altıncı komitədə bu məsələ öz həllini tapacaq". 

Ramin Həsənov həmçinin qeyd edib ki, Türk Şurası BMT Baş Assambleyası çərçivəsində xarici işlər nazirlərinin qeyri-rəsmi görüşünü təşkil edəcək: "4 ölkənin xarici işlər nazirləri artıq iştirakını təsdiq edib. Sentyabrın 20-25-də bu görüş baş tutacaq. Görüşdə sammitdə müzakirə olunacaq mövzuların yekun sənədi ilə bağlı qərar veriləcək”. 

Dağlıq Qarabağ məsələsinə gəldikdə isə Həsənov bəyan edib ki, Türk Şurasına üzv ölkələr Dağlıq Qarabağla bağlı Azərbaycanın haqlı mövqeyini dəstəkləyir. O bildirib ki, beynəlxalq hüquq və BMT-nin qətnamələri bu əraziləri işğal olunan ərazi kimi qeyd edir: “Münaqişə Helsinki Yekun Aktında göstərilən müddəalar əsasında həllini tapmalıdır. Azərbaycan beynəlxalq hüquq prinsiplərinə əsaslanır. Ən böyük arzumuz odur ki, torpaqlar geri qayıtsın”.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!