USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Azad Rəhimov: “Azərbaycan bayrağının 18 dəfə dalğalandırılması müstəqil ölkəmizin təbliğatı baxımından mühüm hadisə idi”

“İdmançılarımız Rio Olimpiadasında Azərbaycanın idman tarixinə yeni bir səhifə yazıblar”.

ASAN Radio xəbər verir ki, bunu Azərbaycanın Olimpiya yığmasının qarşılanma mərasimində gənclər və idman naziri Azad Rəhimov deyib.

“Bu, həqiqətən də Azərbaycan idmanının növbəti təntənəsidir və bu münasibətlə hamını ürəkdən təbrik edir, idmançılarımıza yeni uğurlar arzulayıram. İnanıram ki, onlar gələcəkdə də xalqımızı və azarkeşləri sevindirəcəklər.”

Nazir bildirib ki, 18 medal Azərbaycan üçün böyük nailiyyətdir. Onun sözlərinə görə, Azərbaycanın idman dövləti olduğunu, idmançılarımızın bu göstəriciyə görə dünyada birinci yerdə qərarlaşdığını nəzərə alsaq deyə bilərik ki, qazanılan nəticələr heç də gözlənilməz deyil. Azərbaycanın Olimpiya millisi idmançı payına düşən medal sayına görə ən nəticəli komanda hesab edilib”. “Rio-2016”da Azərbaycan bayrağının 18 dəfə dalğalandırılması müstəqil ölkəmizin təbliğatı baxımından mühüm hadisə idi.

“XXXI Yay Olimpiya Oyunlarında əldə olunan uğurlarımız Azərbaycan idmanının qarşıdakı illərdə də böyük nailiyyətlər qazanacağına əminlik yaradır”, - deyən nazir bildirib ki, ölkəmiz gələn il daha bir möhtəşəm idman tədbirinə - IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi edəcək.

Azərbaycan yığma komandası XXXI Yay Olimpiya Oyunlarına əvvəlki olimpiadalarla müqayisədə daha geniş tərkibdə – idmanın 18 növü üzrə 56 idmançı (57 lisenziya) ilə qatılıb. Bu, ötən Olimpiya Oyunları ilə müqayisədə 4 idman növü çoxdur. Ölkəmiz triatlon, kamandan oxatma, velosiped və kanoe-slalom idman növlərində ilk dəfə təmsil olunub. Olimpiadada ölkəmizi təmsil edən 56 idmançıdan 36-sı ilk dəfə Olimpiya Oyunlarının iştirakçısıdır. Rio-de-Janeyroda Azərbaycan güləş, gimnastika və boks yarışları üzrə 3 hakimlə də təmsil olunub.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!