Azərbaycan Mərkəzi Bankı (AMB) manatın bu günə olan rəsmi məzənnəsini açıqlayıb.
AMB-dən verilən məlumata görə, ABŞ-ın milli valyutası olan dolların məzənnəsi avqust ayının 24-ü ilə müqayisədə dəyişməyərək 1,6245 manat olub.
Avro manata nisbətən ucuzlaşıb. Avrozonanın vahid valyutası 0,22% zəifləyərək 1,8308 manat olub.
Əsas ticarət tərəfdaşlarımızdan biri olan Rusiyanın milli valyutası rublu ötən günlə müqayisədə 1,19% azalaraq 0,0249 manat səviyyəsinə enib.
Türkiyə lirəsinin məzənnəsi 0,31% möhkəmlənərək 0,5513 manat olub.
Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 2,1486 manatdır. Beləliklə, funt sterlinq 0,38%-lik bahalaşma nümayiş etdirib.
Gürcüstan larisinin məzənnəsi 0,58% azalaraq 0,7078 manat təşkil edib.
XƏBƏR LENTİ
“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb.
24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb.
“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.
“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.
Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır.
Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir.
“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır.
Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz.
“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!