USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
İnklüziv təhsilin tətbiqi layihəsinin icrasına başlanıb

Təhsil nazirinin əmri ilə təsdiq edilmiş “İbtidai təhsil pilləsində İnklüziv təhsilin tətbiqi” layihəsinin icrasına başlanıb.

ASAN Radio Təhsil Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, layihə çərçivəsində Xətai rayonundakı 138 nömrəli tam orta məktəb, Nizami rayonundakı 220 nömrəli məktəb-lisey, Nərimanov rayonundakı 202 nömrəli məktəb-lisey və Sabunçu rayonundakı 252 nömrəli məktəb-lisey pilot təhsil müəssisələri kimi seçilib.

2016-2017-ci tədris ilində qeyd olunan məktəblərin hər birində 2 sinif olmaqla, 16 nəfər əlilliyi olan birinci sinfə cəlb ediləcək: “Pilot məktəblərin pedaqoji heyətindən əlilliyi olan uşaqların təhsilinin inklüziv şəraitdə təşkili üzrə bir sıra bilik və bacarıqlar tələb olunur. Bu məqsədlə 29 avqust–2 sentyabr 2016-cı il tarixlərində 4 pilot inklüziv məktəbin pedaqoji heyəti üçünTəhsil Nazirliyi İnklüziv təhsil üzrə təlim təşkil edir. Təlim Bakı şəhərinin Xətai rayonundakı 138 nömrəli tam orta məktəbdə keçirilir. Təlimdə pilot məktəblərin direktorları, loqoped-defektoloqları, ibtidai təhsil üzrə direktor müavinləri və inklüziv siniflərin sinif müəllimləri iştirak edir”.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!