USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Canelidze: “Azərbaycan və Gürcüstan üçün ən vacib məsələ münaqişələrin həllidir”

“Bakı-Tiflis-Qars dəmir yolu istifadəyə verildikdən sonra əlverişli nəqliyyat dəhlizimiz olacaq və bu daha da inkişaf edəcək”.

ASAN Radio xəbər verir ki, bunu Gürcüstan xarici işlər naziri Mixail Canelidze azərbaycanlı həmkarı Elmar Məmmədyarovla görüşdən sonra keçirdiyi mətbuat konfransında bildirib.

“Biz eyni zamanda enerji təhlükəsizliyi baxımından Avropa İttifaqı üçün çox böyük rol oynayırıq. Bu sahədə də əməkdaşlığımızı davam etdirəcəyik. Biz çalışacağıq ki, Avropa üçün enerji təhlükəsizliyi sahəsində etibarlı tərəfdaş ölkə olaraq qalaq”, - deyə o vurğulayıb.

Eyni zamanda Azərbaycanla mədəniyyətlərimizin inkişaf etdirilməsi və bu sahədə əməkdaşlığımızın daha da gücləndirilməsi barədə danışdıq.

M. Canelidze Gürcüstan və Azərbaycanın müvafiq nazirlikləri arasında əməkdaşlığın davam etdirildiyini və bu əlaqələrin hər iki ölkənin maraqlarına xidmət etdiyini, nazirliklər arasında ikitərəfli tərəfdaşlıq məsələlərində beynəlxalq təşkilatlarla birgə çalışdıqlarını vurğulayıb.

Nazir görüşdə azərbaycanlı həmkarı ilə iki ölkənin mədəniyyət sahəsində əməkdaşlığının davam etdirilməsinə dair müzakirələr apardığını da bildirib. O, ölkəsində turizmin getdikcə inkişaf etdiyini və Azərbaycandan Gürcüstana daha çox turist gəldiyini bildirib. Nazir həmçinin Azərbaycanın Gürcüstana ən çox investisiya yatıran ölkə olduğunu və 2016-cı ildə Gürcüstana yatırılan investisiyanın 136% artdığını qeyd edib.

M. Canelidze dost və qardaş ölkə olan Azərbaycanın, eləcə də Gürcüstanın işğal olunan ərazilərinin sülh yolu ilə qaytaracağına inandığını bildirib. O qeyd edib ki, Azərbaycan və Gürcüstanın üzləşdiyi münaqişələr çözülməsi vacib olan problemlərdir.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!