USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Türkiyə parlamentinin sədri Polşada Azərbaycan diasporunun üzvləri ilə görüşüb

Azərbaycan və türk diasporu daha sıx əməkdaşlıq etməli, inkişaf üçün birlikdə addımlamalıdır.

Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri İsmayıl Qəhrəman Polşadakı Azərbaycan diasporunun gənc nümayəndələri ilə görüşdə belə deyib.

Diasporla İş üzrə Dövlət Komitəsindən ASAN Radioya bildiriblər ki, Zəfər bayramı münasibətilə Türkiyənin Varşavadakı səfirliyində təşkil olunmuş tədbir çərçivəsində Polşada Azərbaycanlı Gənclər Şurasının sədri Nail Əhməd və onun müavini Rəsul Məmmədov ilə görüşən TBMM-in sədri Azərbaycanla Türkiyənin dostluq, qardaşlıq münasibətlərindən, eləcə də hər iki diasporun birgə fəaliyyətinin vacibliyindən danışıb. O bildirib ki, Polşada və digər ölkələrdəki Azərbaycan və türk diasporu əməkdaşlığı gücləndirməli, inkişaf üçün birlikdə addımlamalıdır.

Polşada Azərbaycanlı Gənclər Şurasının təmsilçiləri bu ölkədəki türk diasporu ilə uğurlu işbirliyindən söz açıblar. Görüşdə Yunus Əmrə İnstitutu, Polşa Türk Dərnəkləri Federasiyası ilə birgə keçirilmiş tədbirlər barədə qısa məlumat verilib. Qeyd olunub ki, Almaniya Bundestaqının qondarma “erməni soyqırımı” ilə bağlı haqsız qərarının digər ölkələrdə də təkrarlanmaması üçün iki qardaş xalqın diasporu birgə səyləri artırmalı və məqsədyönlü fəaliyyət göstərməlidir.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!