USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Giorgi Kvirikaşvili: “Azərbaycana səfərim çox uğurlu keçdi”

“Bakıya səfərim çox səmərəli və məhsuldar keçdi”.

ASAN Radio xəbər verir ki, bunu jurnalistlərə müsahibəsində Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili deyib.

“Ölkələrimiz arasında çox mühüm strateji münasibətlər və xalqlarımız arasında çoxəsrlik dostluq əlaqələri var. Prezident İlham Əliyev və baş nazir Artur Rasi-zadə görüşlərimizdə ölkələrimiz arasında qədim dostluq münasibətlərimizin daha da dərinləşdirilməsi və ikitərəfli əlaqələrimizin inkişafına dair bir sıra mühüm məsələləri müzakirə etdik”, - G.Kvirikaşvili əlavə edib.

Baş nazir bildirib ki, Azərbaycan ilə Gürcüstan regionda strateji əhəmiyyət kəsb edən, çox əhəmiyyətli regional iqtisadi layihələr həyata keçirirlər: “Cənub Qaz Dəhlizi”, Cənubi Qafqaz qaz boru kəməri, Trans-Anadolu (TANAP) və Trans-Adriatik qaz boru kəməri (TAP) layihələrin, Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin tikintisinin davam etdirilməsi, eləcə də digər layihələr barədə müzakirələr apardıq və mühüm razılaşmalarımız oldu”.

“Ona görə də deyə bilərəm ki, səfərim və ümumilikdə apardığımız danışıqlar bizim üçün çox əhəmiyyətli oldu” – deyə, baş nazir vurğulayıb.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!