USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Mikayıl Cabbarov son illərdə təhsil sistemində tətbiq edilən yenilikləri açıqlayıb

“Azərbaycan təhsilində son illər bir çox yenilik tətbiq edilib. Son 13 ildə Azərbaycanın orta məktəblərinin 70 faizi əsaslı təmir edilib və ya yenidən tikilib”.

ASAN Radio xəbər verir ki, bunu təhsil naziri Mikayıl Cabbarov işə yeni qəbul edilmiş məktəb direktorlarının iştirakı ilə keçirilən müşavirədə deyib. Onun sözlərinə görə, minlərlə gənc ölkənin təhsil müəssisələrində təhsil almaqla yanaşı xarici ali təhsil müəssisələrində də dövlət hesabına təhsil almaq hüququ əldə edib. Nazir qeyd edib ki, bütün bu nailiyyətlərin və qarşıda duran çağırışların kökü məktəbdən başlayır: “İstənilən şəxsin, fərdin formalaşması, milli dəyərlərin daşıyıcısı olması, öz uğurunu fərd olaraq görməkdən deyil, uğurlu bir dövlətin, cəmiyyətin uğuru kimi görmək imkanı məktəbdə olan mühitdən, təhsil imkanından asılıdır. Məktəbdə isə bu mühitin yaradıcısı məktəb direktorudur. Müəllimlərin işə yanaşması, məktəb-valideyn münasibətləri məktəb direktorlarının fəaliyyətindən asılıdır. Təhsilin nəticələri yalnız məktəblərdən və burada fəaliyyət göstərən peşəkarlarından asılı deyil. burada ailənin rolu da müstəsnadır. Bir çox hallarda təhsil sisteminin daxilində olan mövzulara - dərsliklər, problemlər, nailiyyətlərə toxunuruq, amma təhsil sisteminin kənarında olsa da birbaşa asılılıq təşkil edən amillərə toxunmuruq. Valideyn bu amillərdən ən önəmlisidir”.

M.Cabbarov qeyd edib ki, bu il tətbiq edilən yeniliklərdən biri də məktəbəqədər hazırlıq qruplarının təşkilidir. Onun sözlərinə görə Azərbaycanda uşaqların məktəbəqədər hazırlıqla əhatə dairəsi qaneedilən səviyyədə deyil:  “Bu il verilən qərara əsasən məktəblərin bazasında 1 illik məktəbəqədər hazırlıq qrupları təşkil ediləcək. Bu uşaqların məktəbəqədər hazırlıqla əhatə olunma səviyyəsinin yüksəlməsinə müsbət təsir edəcək. Məktəb direktorları da yerlərdə bu işin təşkilinə çox ciddi yanaşmalıdır”.

Təhsil naziri əlavə edib ki, təhsildə mövcud yeniliklərdən biri də müəllimlərin yeni qiymətləndirmə əsasında əmək haqqı almasıdır. M.Cabbarov bu gün ölkədə fəaliyyət göstərən müəllimlərin təxminən 40 faizinin yeni sistemlə əmək haqqı aldığını açıqlayıb.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!