USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə xəbərdarlıq edib

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə xəbərdarlıq edib.

 

İdarədən APA-ya verilən məlumata görə, son günlər bölgələrdə istirahətdə olan şəxslərin Bakıya və digər şəhərlərə axını başlayıb.

 

Əksər sürücülər gecə vaxtı yola çıxdığı üçün yollarda müxtəlif problemlərlə rastlaşırlar. Sürücüləri narahat edən məsələlərdən biri də qarşılıqlı hərəkət zamanı işıq sistemindən düzgün istifadə edilməməsidir. Bəzi sürücülər avtomobilin uzaq işıqlarından harada gəldi istifadə etdiyi üçün başqalarına çətinlik yaradırlar. Bütün bunları nəzərə alaraq, Dövlət Yol Polisi İdarəsi sürücülərin diqqətinə çatdırır ki, «Yol hərəkəti haqqında» Qanunun 73-cü maddəsinin 4-cü bəndinə görə, uzaq işıqlardan davamlı istifadə etmək qadağandır. Belə ki, uzaq işıq yaşayış məntəqələrində yol kifayət qədər işıqlandırıldıqda, yaşayış məntəqələrindən kənarda yolun hərəkət hissəsi yol boyu işıqlandırıldıqda və həmin işıqlandırma sürücüyə kifayət qədər məsafədə görmək imkanı versə, yaxın işığa keçməlidir. Bundan əlavə, sürücünün gözlərini qamaşdırmamaq məqsədi ilə qarşıdan gələn nəqliyyat vasitəsinə azı 150 metr qalıbsa, uzaq işıqlar yaxın işıq rejiminə keçirilməlidir.

 

Ümumiyyətlə isə qanunvericilik tələb edir ki, yol hərəkətinin digər iştirakçılarının gözlərini qamaşdıra bilən hər hansı digər hallarda uzaq işıq yaxın işığa keçirilməlidir. Bu isə o deməkdir ki, sürücülər təkcə qarşıdan nəqliyyat vasitəsi gəldikdə yox, həm də yolun hərəkət hissəsində piyada, at arabası, mal-qara ötürən olduqda da işıq cihazlarından qanunun tələbinə uyğun istifadə etməlidir.

 

Dövlət Yol Polisi İdarəsi başqa nəqliyyat vasitəsinin uzaq işığının təsirindən gözü qamaşan sürücülərin diqqətinə çatdırır ki, bu halda qəza işıq siqnalını qoşmaq və hərəkət zolağını dəyişmədən sürəti azaltmaqla nəqliyyat vasitəsini dayandırmaq lazımdır. Arxadan gələn nəqliyyat vasitələrinin uzaq işıqları avtomobilin salonundakı və yan güzgülər vasitəsilə sürücünün diqqətini yayındırdıqda isə tövsiyə olunur ki, sürücü mümkün qədər sürəti azaltmalı, avtomobilin modelindən asılı olaraq güzgüləri gecə rejiminə keçirməlidir.

 

DYP sürücüləri bu qaydalara əməl etməyə çağırır və bildirir ki, işıq cihazlarından düzgün istifadə etməyən sürücüləri 30 manat cərimə gözləyir.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!