USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Azərbaycan 3 lisenziyadan rəsmən imtina edib

Azərbaycan paralimpiya yığması Rio-2016-da 27 idmançı ilə çıxış edəcək. Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən apasport.az saytına verilən məlumatda bildirilir ki, İdman Arbitraj Məhkəməsinin çıxardığı qərara əsasən Beynəlxalq Olimpiya Komitəsi tərəfindən rusiyalı paralimpiyaçıların lisenziyalarının əllərindən alınaraq digər ölkələrə paylanılması və Azərbaycana da 3 lisenziyanın təqdim edilməsi Azərbaycan Paralimpiya Komitəsi tərəfindən verilmiş, Gənclər və idman nazirliyi tərəfindən bir müddət bundan öncə elan olunan qərara əsasən müsbət qarşılanmayıb və lisenziyaılar qəbul edilməyib.

"Paralimpiya oyunlarının bu gün başlanmasını, Rusiyalı paralimpiyaçıların bu oyunlara buraxılmaması qərarının dəyişməz olduğunu nəzər alaraq, Azərbaycan tərəfi 3 lisenziyadan rəsmən imtina edib və paralimpiyaçılarımızın özlərinin qazandıqları lisenziya əsasında olimpiya oyunlarına qatılıblar", - deyə məlumatda bildirilir.

Qeyd edək ki, Rio-2016-da 27 paralimpiyaçımız 6 idman növündə ümumilikdə 44 dəst medal uğrunda yarışacaq.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!