USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
AMEA-da gələn ildən ödənişli əsaslarla doktorantura yaradıla bilər

"Azərbaycan Milli Elmlər Akademiyasının məşğul olacağı sahibkarlıq fəaliyyəti növləri müəyyən edilməlidir. Çünki adi sahibkarlıqla elmi sahibkarlıq bir-birindən fərqlənir".

 

Trend-in məlumatına görə, bunu Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Milli Məclisin Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli AMEA-nın Reyasət Heyətinin bu gün keçirilən iclasında deyib.

 

İ.Həbibbəyli qeyd edib ki, "Elm haqqında" qanunun verdiyi imkanla artıq AMEA sahibkarlıq fəaliyyətinə uyğun öz imkanlarını genişləndirə bilər.

 

Onun sözlərinə görə, "Elm haqqında" qanunda AMEA dövlət ali elmi təşkilatı statusunda təsdiq edilib. Bu qanunla AMEA-ya elmi tədqiqat və istehsalat müəssisələri, müvəqqəti kollektiv, laboratoriya və s., hətta təhsil müəssisəsi yaratmağa imkan verilir. Qanunla AMEA-ya elmi ekspedisiyalara nəzarət etmək funksiyası verilib. İndiyədək isə AMEA elmi ekspedisiyalar təşkil edirdi, ona nəzarəti isə Mədəniyyət və Turizm Nazirliyi həyata keçirirdi.

 

İ.Həbibbəyli bildirib ki, AMEA-ya ilk dəfə olaraq, cəlb olunmuş investisiyalardan istifadə etmək hüququ verilib. Qanuna ilk dəfə olaraq, elmi rütbə anlayışı daxil edilib.

 

İ.Həbibbəyli bəzi universitetlərə tədqiqat universiteti statusunun veriləcəyini də söyləyib: "Bəziləri hesab edirlər ki, yeni ali məktəblər açılacaq və onlar tədqiqat universiteti olacaq. Xeyr. Tədqiqat mərkəzləri çox olan ali məktəblərə tədqiqat universiteti statusu veriləcək. Tədqiqat universiteti statusunun verilməsi meyarları AMEA tərəfindən müəyyən edilməlidir".

 

İ.Həbibbəyli əlavə edib ki, dövlət ali məktəblərində ödənişli əsaslarla da doktorantura yaradıla bilər. AMEA gələn ildən ödənişli əsaslarla doktorantura yerləri,-təxminən 50 yer,- yarada bilər.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!