USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Rabitəçilərin maaşları artırıldı

Bu il sentyabr ayının 1-dən etibarən Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin strukturunda çalışan işçilərin ştat üzrə aylıq vəzifə maaşları qaldırılıb.

 

Nazirlikdən Trend-ə verilən məlumata görə, “Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi haqqında Əsasnamə”nin 5.5.7-ci yarımbəndini rəhbər tutaraq rabitə birlik və müəssisələrində işləyənlərin əmək haqları 10 faizədək artırılıb.

 

Əmək haqlarının artırılmasında üstünlük, əsasən, regionlara və vətəndaşlara birbaşa xidmət göstərən müəssisələrin əməkdaşlarına verilib. Belə ki, artım “Aztelekom” MMC-nin baş idarəsi üzrə 5 %, digər bütün müəssisələri üzrə 10%, “Azərpoçt” MMC-nin (aparat istisna olmaqla) “Azərekspresspoçt” Rabitə Müəssisəsi üzrə 5%, digər bütün müəssisələri üzrə 10%, “Bakı Telefon Rabitəsi” İstehsalat Birliyinin Xətai, Yasamal, Nizami, Sabunçu, Qaradağ Telefon qovşaqları 5%, Xəzər Telefon Qovşağı və Bakı Avtomat Telefon Qovşağı üzrə 10%, “Teleradio” İstehsalat Birliyi üzrə 10%, “Azərmarka” MMC üzrə 5%, “Hərbiləşdirilmiş Mühafizə İdarəsi” MMC üzrə 10 % təşkil edib.

 

Bundan başqa, nazirliyin strukturuna daxil olan qurumlar və strukturuna daxil olmayan tabeliyindəki qurumlar (dövlət büdcəsindən maliyyələşən təşkilatlar istisna olmaqla) tərəfindən bəzi işçilərin aylıq əməkhaqqının ölkə üzrə yaşayış minimumu səviyyəsinə çatdırılması təmin edilib.

 

Qeyd edək ki, 2016-cı ilin yanvar-iyun aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 488,1 manat təşkil edir.

 

İqtisadiyyatın digər sahələri ilə müqayisədə informasiya və rabitə sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksəkdir. Belə ki, hazırda sektor üzrə orta aylıq əməkhaqqı 746.8 manatdır.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!