USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Müdafiə naziri Əlahiddə Ümumqoşun Ordunun hərbi hissələrində olub

Azərbaycan prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin göstərişinə əsasən müdafiə naziri general-polkovnik Zakir Həsənov Naxçıvan Muxtar Respublikasına səfəri zamanı Əlahiddə Ümumqoşun Ordunun hərbi hissələrində olub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən ASAN Radioya verilən məlumata görə, müdafiə naziri ərazidə yerləşən və tikintisi davam etdirilən müdafiə əhəmiyyətli obyektlərə baş çəkib. Ərazinin xüsusiyyətləri nəzərə alınmaqla Əlahiddə Ümumqoşun Ordunun silahlanmasına yeni daxil olan daha güclü və davamlı müasir tipli döyüş texnikası və hərbi nəqliyyat vasitələrinə baxış keçirilib.

"N" saylı hərbi hissədə şəxsi heyətin döyüş hazırlığı, sosial-məişət şəraiti yoxlanılıb, ərazidəki digər infrastruktur sahələrinə baxış keçirilib. Nazir əsgərlərlə birlikdə nahar edib.

Müdafiə nazirinin rəhbərliyi altında Ordunun komandanlıq heyəti ilə xidməti müşavirə keçirilib.

Ali Baş Komandanın Silahlı Qüvvələr qarşısında qoyduğu döyüş tapşırıqlarını şəxsi heyətin diqqətinə çatdıran nazir coğrafi baxımdan strateji əhəmiyyətli məkanda yerləşən Əlahiddə Ümumqoşun Ordunun döyüş hazırlığının, hərbi intizamın və sosial-məişət şəraitinin yüksək səviyyədə olduğunu bir daha qeyd edib.

Müdafiə naziri ölkə və muxtar respublika rəhbərliyinin daim diqqəti ilə əhatə olunan Ordunun silahlanmasında ən müasir döyüş texnikası, silah-sursat, rabitə, kəşfiyyat-müşahidə və digər müdafiə əhəmiyyətli hərbi cihaz və avadanlıqların olduğunu xüsusi vurğulayıb.

Müşavirənin sonunda Əlahiddə Ümumqoşun Ordunun döyüş hazırlığında yüksək nəticələr əldə etmiş, hərbi xidmətdə fərqlənmiş bir qrup hərbi qulluqçuya müdafiə nazirinin əmri ilə medallar və qiymətli hədiyyələr təqdim olunub.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!