USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Bakıda fəaliyyət göstərən dini icmalar bəyanat yayıb

Bakı şəhərində fəaliyyət göstərən dini icmalar bəyanat yayıb.

ASAN Radio xəbər verir ki, bu il sentyabrın 26-da Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi məqsədilə ümumxalq səsverməsi – referendum keçiriləcək: "Heç bir siyasi perspektivi olmayan Milli Şura adlı qurumun və “Müsavat” adlanan partiyanın referendum ərəfəsində keçirdiyi və keçirmək istədiyi aksiyalarda dindarlara yönəlik çıxışların olması və mömin insanların meydanlara çıxması üçün siyasi çağırışlar edilməsi bizdə dərin təəssüf və narahatlıq hissi doğurur. Azərbaycan dövlətçiliyinə, milli-mənəvi dəyərlərimizə sadiq olan ölkə dindarlarını bu cür siyasi məsələlərə cəlb etmək cəhdləri yolverilməzdir".

Bəyanatda qeyd olunur ki, sürətlə inkişaf edən, bütün sahələrdə göstəricilərinə, o cümlədən iqtisadi gücünə görə regionun lider dövlətinə çevrilmiş Azərbaycanın uğurları hər bir ölkə vətəndaşı kimi dindarları da ürəkdən sevindirir: "Şübhəsiz ki, Ümummilli Liderimiz Heydər Əliyevin memarı olduğu müasir Azərbaycanın bütün sahələr üzrə bugünkü uğurları Ulu Öndərin layiqli davamçısı Azərbaycan Prezidenti cənab İlham Əliyevin adı ilə bağlıdır. Onun 2016-cı ili respublikamızda “Multikulturalizm ili” elan etməsi, milli-mənəvi dəyərlərimizin qorunması və təbliği istiqamətində ardıcıl fəaliyyəti bizi xüsusilə qürurlandırır.

Təəssüf ki, gənc müstəqil dövlət olan və sürətli inkişaf yolu ilə irəliləyən ölkəmizin uğurlarından narahatlıq keçirən, müxtəlif vasitələrlə bu inkişafın qarşısını almağa çalışan radikal siyasi qruplar da var. Onlar məqsədlərinə nail olmaq üçün müxtəlif vasitələrdən, hətta dinin və dindarların siyasiləşdirilməsi kimi yolverilməz metodlardan yararlanmağa çalışırlar. Dinin siyasiləşməsi, yaxud siyasi məsələlərə dini don geyindirilməsi və dindarların bu prosesə cəlb olunması dövlətçilik maraqlarımıza, milli-mənəvi dəyərlərimizə zidd olduğu üçün belə cəhdləri və onun arxasında duran bütün şəxsləri şiddətlə qınayırıq.

Bildiririk ki, dinin siyasiləşdirilməsinə çalışan şəxslər nə vətənpərvər siyasətçi, nə də sağlam ruhlu dindar ola bilər. Bakı şəhərində fəaliyyət göstərən dini icmalar və onların on minlərlə təəssübkeşi dinin və dindarların məqsədli şəkildə siyasiləşdirilməsinə xidmət edən bu cür halları qətiyyətlə pisləyir. Çünki xalqın mənəvi dəyərlərinə hörmət və ehtiram göstərən dindarların yeri siyasət meydanı, mitinqlər deyil, ibadət evləridir. Eyni zamanda inanclı, dindar qardaşlarımızı dini siyasiləşdirməyə çalışan radikal qrupların çağırışlarına qoşulmamağa çağırırıq.

“Məqsəd vasitəyə haqq qazandırır” prinsipini əldə rəhbər tutan, hətta ekstremist dini cərəyanlarla əməkdaşlıq edən radikal müxalif dairələr unudurlar ki, dindarlarımız İslamın gerçək mahiyyətini anlayan, milli-mənəvi dəyərlərimizə və dövlətçiliyimizə bağlı, siyasi maraqlarla dini etiqadı fərqləndirən yetkin insanlardır. Azərbaycanda din dövlətdən ayrı olsa da, o cəmiyyətimizin mənəvi sferasını tənzimləyən inanc sistemidir. Biz dindarlar da Azərbaycan cəmiyyətinin ayrılmaz hissəsi kimi dini siyasətdən uzaq sayır və onun hər hansı dairələrin əlində siyasi alətə çevrilməsi cəhdini birmənalı şəkildə rədd edirik.

Bir daha bəyan edirik ki, dövlətçiliyimizə və milli-mənəvi dəyərlərimizə sadiq olan ölkə dindarları dövlətimizin din sahəsinə qayğısını, insanların öz etiqadlarına uyğun yaşamaları üçün yaradılmış şəraiti, multikultural və tolerant mühiti yüksək qiymətləndirir və Azərbaycan Prezidenti cənab İlham Əliyevin ölkəmizin inkişafına yönəlmiş bütün fəaliyyətini dəstəkləyir".

Bəyanatı Bakı şəhərində fəaliyyət göstərən 41 dini icmanın rəhbəri imzalayıb.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!