USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Los Ancelesdə Qarabağa həsr olunmuş sənədli filmin premyerası keçirilib - FOTOLAR

Sentyabrın 14-də ABŞ-ın Los Anceles şəhərində Azərbaycanın Qarabağ bölgəsindən məcburi köçkün düşmüş usaqlara həsr olunmuş “Gənc səslər, qədim nəğmə” adlı sənədli filmin premiyerası keçirilib. Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğundan ASAN Radioya verilən məlumata görə, tanınmış amerikalı muğam ustası Cefri Verbok tərəfindən çəkilmiş filmin nümayişi Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğunun təşəbbüs və dəstəyi ilə təşkil olunub.

Təbirdə Los Ancelesdə akkreditə olunmuş ölkələrin baş konsulları, müxtəlif dövlət və qeyri-hökumət təşkilatlarının rəhbərləri, KİV nümayəndələri, elm və təhsil xadimləri və digər şəxslər iştirak ediblər.

Nümayişdən əvvəl Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayev qonaqları salamlayaraq, Ermənistanın Azərbaycana qarşı apardığı işğalçılıq və etnik təmizləmə siyasəti və bu siyasət nəticəsində 1 milyondan çox azərbaycanlının öz doğma torpaqlarından didərgin düşməsi barədə danışıb. Diplomat, azərbaycanlı qaçqın və məcburi köçkünlərin 400 mindən çoxunu uşaqların təşkil etdiyini, filmdə Ermənistanın ölkəmizə qarşı həyata keçirdiyi təcavüzün qurbanı olan bu uşaqlardan bəhs edildiyini diqqətə çatdırıb.

Baş konsul vurğulayıb ki, Qarabağdakı öz doğma torpaqlarından didərgin salınmış və bütün uşaqlıqları məhv edilmiş azərbaycanlı uşaqlar artıq böyüsələr də hələ də müharibənin və işğalın vurduğu psixoloji zərbələrlə, həmin illərin ağrı-acısını yaşayırlar. O, “Gənc səslər, qədim nəğmə” sənədli filminin də bu qəbildən önəm kəsb etdiyini, bu ekran əsəri vasitəsilə əslində sadəcə azərbaycanlı uşaqların deyil, dünyanın müxtəlif yerlərində meydana gələn müharibələrin yaratdığı ağrı-acılara və məhrumiyyətlərə məruz qalan günahsız azyaşlıların probleminə diqqət çəkildiyini vurğulayıb.

Baş konsul belə bir sənət əsərinin ərsəyə gətirilməsinə verdiyi dəstəyə görə, Avropa Azərbaycan Cəmiyyətinə, eləcə də film layihəsinin təşəbbüskarı və müəllifi olan C.Verboka öz təşəkkürünü bildirib. Tədbir filmin nümayişi ilə davam edib. Ermənistanın işğalçılıq siyasətini və azərbaycanlılara qarşı törətdiyi hərbi cinayətlər nəticəsində meydana gələn bəşəri faciəni özünəməxsus şəkildə təqdim edən film, tamaşaçılarda böyük marağa səbəb olub.

Nümayişdən sonra söz filmin müəllifi C.Verboka verilib. O, belə bir əlamətdar tədbirdə iştirak etməkdən məmnunluğunu bildirərək, filmin çəkilişləri ilə bağlı Azərbaycana səfərləri müddətində azərbaycanlı məcburi köçkünlərlə, o cümlədən öz yurd-yuvalarından didərgin düşmüş uşaqlarla bağlı əldə etdiyi kövrəldici təcrübələrini bölüşüb, bu barədə tamaşaçıların suallarını cavablandırıb. İstedadlı musiqiçi həmçinin, Azərbaycanın zəngin musiqi irsi və çoxəsrlik mədəni dəyərləri barədə öz xoş təəssüratlarını ifadə edib.

Nümayişdən sonra istedadlı musiqiçi Azərbaycan tarı və kamançasında milli musiqimizdən yadda qalan nümunələr ifa edib. Nümayiş və Azərbaycan musiqisindən nümunələr tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanıb.

 

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!