USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Azərbaycan nümayəndə heyəti Kanadada İCAO-nun Ümumdünya Aviasiya Forumu və sessiyasında iştirak edəcək

Sentyabrın 27-dən 2016-cı il oktyabrın 7-dək Monrealda (Kanada) Beynəlxalq Mülki Aviasiya Təşkilatının (İCAO) Assambleyasının 39-cu sessiyası keçiriləcək. Assambleyanın işində təşkilata üzv dövlətlərin nümayəndələri iştirak edəcəklər. Mülki aviasiya fəaliyyəti ilə bağlı beynəlxalq təşkilatların nümayəndələri Assambleyada müşahidəçi statusunda iştirak edəcək.

ASAN Radio Dövlət Mülki Aviasiya Administrasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, İCAO Şurası tərəfindən təsdiq olunan Assambleyanın ilkin gündəliyinə təşkilatın fəaliyyəti ilə bağlı məsələlər, həmçinin beynəlxalq mülki aviasiyanın uçuşların təhlükəsizliyi, aviasiya təhlükəsizliyi və ətraf mühitə dair əsas mövqelərinin nəzərdən keçirilməsi daxildir.

Həmçinin, İCAO-nun Assambleyasının 39-cu sessiyasının açılışından bir gün öncə Monrealda İCAO-nun aviasiya məsələləri üzrə İkinci Ümumdünya Forumu (IWAF2016) keçiriləcək.

İCAO-ya üzv dövlətlərin hökumət rəsmiləri, eləcə də mülki aviasiya sahəsinin aparıcı sənaye və maliyyə tərəfdaşları forumda iştirak etmək üçün dəvət olunmuşdur. IWAF2016 forumunun məqsədi ehtiyacların müəyyənləşdirilməsi, "Heç bir ölkə diqqətdən kənar qalmayacaq" (NCLB) təşəbbüsünü dəstəkləmək üçün beynəlxalq mülki aviasiyanın aparıcı təcrübəsi və qlobal standartların tətbiqi tempini artırmaq məqsədilə lazım olan vəsait və maliyyələşmənin əldə olunması üçün şəraitin yaradılması və aviasiyanın davamlı inkişafı üçün kifayət qədər resursların təmin olunması sahəsində informasiya və dəyərli təcrübə mübadiləsindən ibarətdir.

Azərbaycan Respublikası Dövlət Mülki Aviasiya Administrasiyasının Direktoru Arif Məmmədovun başçılıq etdiyi nümayəndə heyəti İCAO-nun Assambleyasının işində və IWAF2016 forumunda iştirak etməyi planlaşdırır. Assambleyanın iclaslarında iştirak etməklə yanaşı, nümayəndə heyəti digər ölkələrin mülki aviasiya administrasiyalarının və bir sıra beynəlxalq təşkilatların nümayəndələri ilə ikitərəfli görüşlər keçirməyi planlaşdırır.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!