USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Prokurorların səlahiyyətləri artırılır

Milli Məclis tərəfindən qəbul edilən yeni İnzibati Xətalar Məcəlləsində bir sıra məsələlərdə prokurorların səlahiyyətlərinin artırılması nəzərdə tutulur.

AzVision.az xəbər verir ki, bu barədə hüquqşünas-ekspert Ərşad Hüseynov bildirib. Onun sözlərinə görə, yeni İnzibati Xətalar Məcəlləsində əksər xəta tərkibləri, məsuliyyətə cəlb etmə qaydası və digər məsələlər köhnədə olduğuna oxşardır. Məcəllədə ən ciddi konseptual yenilik prokuror nəzarəti ilə bağlıdır:

"Yeni Məcəllə inzibati xətalara dair işlər üzrə icraatda prokurorun rolunu əsaslı şəkildə dəyişərək, onu cinayət prosesində iştiraka yaxınlaşdırma istiqamətində ciddi addım atıb. Bir xeyli xətalar var ki, onlara görə məsuliyyətə cəlb etmə prokurorların qərarı ilə olacaq. Həmin işlərə baxmaq səlahiyyəti isə məhkəmələrə aiddir. Həmin xətalar əsasən vəzifəli şəxslərin prosedur qaydalarını pozması ilə bağlıdır. Hətta yetkinlik yaşına çatmayanların (16-18 yaş arasında olanların) törətdiyi bütün xətalara dair işlər barədə prokurora məlumat verilməlidir və o, bu işlərdə iştirak edə bilər. Prokurora məlumat verilmədən həmin işlərə baxıla bilməz. Ən maraqlısı odur ki, kimsə vəkil adından qanunsuz istifadə edərsə, o da prokurorun qərarı ilə başlanmış iş üzrə məhkə tərəfindən 200-300 manat, vəzifəli şəxs olarsa, 600-800 manat məbləğində cərimələnəcək".

Qeyd edək ki, yeni İnzibati Xətalar Məcəlləsi 2016-cı il mayın 1-dən qüvvəyə minəcək.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!