USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Prezident İlham Əliyev: “Mingəçevir Sənaye Parkı ölkəmizə böyük həcmdə xarici valyuta gətirəcək”

"Bu gündən Mingəçevirin yeni inkişaf dövrü başlayır. Bu Sənaye Parkında görüləcək işlər bizim ümumi iqtisadi potensialımızı gücləndirəcək".

 

Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Mingəçevir Sənaye Parkının təməlqoyma mərasimində çıxış edərkən deyib.

 

Dövlət başçısı qeyd edib ki, Sənaye Parkında 9 fabrik yaradılacaq: “Bu fabriklərdə işləyənlərin sayı 5-6 minə çatacaq. Bu sənaye parkında görüləcək işlərin həcmi təqribən 150-200 milyon dollar səviyyəsindədir. Yəni, bu, çox böyük investisiya layihəsidir. Bu layihəni icra etdikcə, əminəm ki, yeni təşəbbüslər də ortaya çıxacaq. Çünki bu layihənin şəhərin inkişafına, iş yerlərinin yaradılmasına, ümumiyyətlə, kənd təsərrüfatımızın, sənaye potensialımızın inkişafına çox böyük xeyri olacaq. Bundan sonra Mingəçevir nəinki Azərbaycanın, ümumiyyətlə, Cənubi Qafqazın yüngül sənaye mərkəzlərindən birinə, bəlkə də birincisinə çevriləcək".

 

Prezident İlham Əliyev deyib ki, Sənaye Parkında fəaliyyət göstərəcək müəssisələr ixracyönümlü müəssisələrdir: “Son illərdə gördüyümüz işlər bu məqsədi güdür ki, Azərbaycanın qeyri-neft potensialını artıraq və ixracyönümlü məhsullar istehsal edək. Bu müəssisələrdə istehsal olunacaq pambıq ipliyi, yun ipliyi, dəri məmulatları, akril ipliyi ixracyönümlü məhsullardır. Xüsusilə pambıq və yun ipliyi müəssisələrində istehsal olunacaq məhsullar üçün bazar axtarmağa ehtiyac yoxdur. Çünki bu məhsullar dünya birjalarında satılır. Bu Sənaye Parkının üstünlüyü ondan ibarətdir ki, ölkəmizə böyük həcmdə xarici valyuta gətirəcək. Bu Sənaye Parkının digər üstünlüyü ondan ibarətdir ki, burada fəaliyyət göstərəcək müəssisələrin əksəriyyətində yerli xammaldan istifadə olunacaq”.

 

Dövlət başçısı qeyd edib ki, Mingəçevir Sənaye Parkının xammal bazasının əsas hissəsi Azərbaycanda yaradılacaq: “Beləliklə, bu fabriklərin fəaliyyəti kənd təsərrüfatına da çox güclü dəstək olacaq. Bizim əsas məqsədimiz bu gün kənd təsərrüfatının, sənayenin inkişafına nail olmaq və bu inkişafı daha da sürətləndirməkdir. Ona görə, bu Sənaye Parkında görüləcək işlər həm kənd təsərrüfatı sahəsini, həm də sənaye istehsalı sahəsini birləşdirir. Əslində, bu park bizim siyasətimizi özündə əks etdirir. Çünki bizim siyasətimiz qeyri-neft sektorunun inkişafıdır. Mənə verilən məlumata görə, avadanlığın alınmasına 150 milyon və inşaat işlərinə 60 milyon dollar sərmayə qoyulacaq. Yəni, bu, onu göstərir ki, - mən bunu həmişə demişəm, - ölkəmiz investisiyalar üçün çox cəlbedici ölkədir. Bu, onu göstərir ki, hətta böhranlı illərdə Azərbaycan iqtisadiyyatına böyük həcmdə sərmayə qoyulur. Ən sevindirici hal ondan ibarətdir ki, bu, qeyri-neft sektoruna qoyulur” .

 

Prezident İlham Əliyev bildirib ki, Mingəçevirdə  Sənaye Parkının təməlinin məhz bu il qoyulması təsadüfi deyil: “Çünki bu il bütün dünya üçün bəlkə də son onilliklər ərzində iqtisadi cəhətdən ən gərgin illərdən biridir. Biz isə öz yolumuzla gedirik. Bütün çətinliklərə baxmayaraq, Azərbaycan inkişafdadır, bölgələrimiz inkişaf edir, ölkəmiz uğurla irəliyə gedir və inkişaf dayanıqlı olmalıdır. Bu parkın özəlliyi ondan ibarətdir ki, bundan sonra onilliklər ərzində bu, həm insanlara, həm Mingəçevir şəhərinə, həm ölkəmizə böyük xeyir gətirəcək”. 

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!