USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Beynəlxalq QHT-dən ibarət Müşahidə Qrupu referendumla bağlı mətbuat konfransı keçirib

Bu gün Beynəlxalq Mətbuat Mərkəzində Beynəlxalq QHT-dən ibarət Müşahidə Qrupunun mətbuat konfransı keçirilib.

ASAN Radionun xəbərinə görə, konfransda Avropa Strateji Kəşfiyyat və Təhlükəsizlik Mərkəzinin vitse-prezidenti Villyam Rasimova qrupun referendumla bağlı bəyanatını açıqlayıb. O bildirib ki, Konstitusiyaya ediləcək dəyişikliklər demokratiyanı və insan azadlıqları sahəsində inkişafı sürətləndirəcək, mövcud  boşluqları aradan qaldıracaq. İdarəetmədə sabitliyi təmin edəcək: “Biz referendumla bağlı yekun nəticəni gözləyirik. Avropa İttifaqının tərəfdaş ölkəsində sabitliyin qorunması beynəlxalq əməkdaşlıq üçün vacibdir”.

Onun sözlərinə görə, qrup 49 seçki məntəqədə səsvermə prosesini, 5 məntəqədə isə sayılma prosesini müşahidə edib: “Səsvermənin ədalətli keçirildiyini gördük və heç bir qanun pozuntusu olmadı. Bu səsvermə Azərbaycan vətəndaşlarının gözləntilərini doğruldub”.

Belçikanın Polis üzrə Araşdırma Mərkəzinin sədri Borda Qulis şəffaflığa və təşkilatçılığa görə MSK-ya təşəkkür edib: “Müşahidələr rahat və sərbəst şəkildə aparılıb. Seçkilərlə bağlı bəyanat birgə hazırlanıb. Hər bir prosesin yüksək səviyyədə təşkil olunduğunu gördük”.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!