USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Avropa İttifaqının Regional Komitəsinin üzvlərindən ibarət müşahidə qrupu referendumla bağlı bəyanat yayıb

Avropa İttifaqının (Aİ) Regional Komitəsinin üzvlərindən ibarət müşahidə qrupu Azərbaycan Respublikasının Konstitusiyasına təklif olunan əlavə və dəyişikliklərlə bağlı sentyabrın 26-da keçirilən ümumxalq səsverməsi (referendum) ilə əlaqədar bəyanat yayıb.

ASAN Radio xəbər verir ki, qrupun rəhbəri, Finlandiyadan olan Paulina Haijanen sentyabrın 26-da Azərbaycanda keçirilən referendumda müşahidə apardıqlarını deyib. O bildirib ki, müşahidə qrupu səfər öncəsi referenduma çıxarılan Konstitusiya dəyişikliklərinin məzmununu araşdırıb, sentyabrın 26-da ümumxalq səsverməsi günü 2 seçki dairəsinin 10 seçki məntəqəsində səsvermə prosesinin müşahidəsini aparıb. Qrup apardığı araşdırmalar və müşahidələr əsasında referendumun keçirilməsinin suveren Azərbaycan dövlətinin səlahiyyətlərinə aid və bu barədə qərarın verilməsinin milli qanunvericiliyə uyğun olduğu qənaətinə gəlib. Həmçinin referenduma çıxarılan məsələlər ölkədə idarəetmə sisteminin gücləndirilməsi, insan hüquqlarının müdafiəsinin rəsmiləşdirilməsinə xidmət edir.

P.Haijanen deyib: “Qrupun üzvləri olduqları məntəqələrdə çoxsaylı müşahidəçilərin səsvermə prosesinin gedişini müşahidə etdiklərinin şahidi olublar. Səsvermə prosesi texniki və təşkilati baxımdan çox yaxşı təşkil edilmişdi. Məntəqələrdə seçici fəallığı yüksək idi və səsvermə prosesi dinc şəraitdə keçdi. Hər hansı bir zərurət olmadan polisin və ya yerli icra hakimiyyəti orqanının nümayəndələrinin seçki məntəqələrinə daxil olmalarını və səsvermə prosesinə müdaxilə etmələrini müşahidə etmədik. Səs verənlər müstəqil və heç bir kənar müdaxilə olmadan səsvermə prosesində iştirak edərək öz iradələrini ifadə etdilər”.

Qrupun rəhbəri əlavə edib ki, səsvermə prosesi başa çatdıqdan sonra müşahidə qrupunun üzvləri bir məntəqədə bülletenlərin sayılması prosesini izləyib və digər müşahidəçilərə də bülletenlərin sayılması prosesini izləməyə hər hansı maneçiliyin törədilmədiyinin şahidi olublar. Müşahidə qrupu belə bir qənaətə gəlib ki, sentyabrın 26-da Konstitusiyaya dəyişiklərlə bağlı referendum tam şəffaf şəraitdə keçib. Referendumun nəticələri Azərbaycan xalqının öz iradəsini müstəqil və azad şəkildə ifadə etdiyini əks etdirir.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!