USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Yol polisi sərxoşluq dərəcəsinin necə müəyyənləşdirildiyini açıqlayıb

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi sürücülərin sərxoşluq dərəcəsinin necə müəyyənləşdirilməsi ilə bağlı həkim Vasif İsmayılın iddialarına cavab verib.

 

Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev APA-ya bildirib ki, sürücülərə yalnız ağızdan gələn qoxuya görə inzibati protokol yazılmır və yazıla da bilməz: "Ola bilər ki, yol patrul xidməti əməkdaşı sürücü ilə ünsiyyətdə olarkən alkoqol qoxusunu hiss etsin və onun sərxoş vəziyyətdə nəqliyyat vasitəsini idarə etməsindən şübhələnsin. Lakin bu şübhə heç bir əməkdaşa əsas vermir ki, o ağız qoxusuna görə inzibati protokol tərtib etsin. Sərxoş vəziyyətdə nəqliyyat vasitəsinin idarə olunmasına görə inzibati xəta haqqında protokol yalnız Nazirlər Kabinetinin 2014-cü il 27 iyun tarixli 209 nömrəli qərarı ilə təsdiq edilmiş qaydalara uyğun şəkildə müayinədən keçirildikdən sonra tərtib edilə bilər. Həmin Qaydaların tələblərinə əsasən, nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi onun nəfəsindən alkoqollu içki qoxusu gəldiyi, ayaq üstə sərbəst dayana bilmədiyi və ya özünü idarə edə bilmədiyi kimi əlamətlərdən biri müşahidə olunduqda YPX inspektorlarının istifadəsində olan texniki vasitələrin, yəni alkotester və ya narkotesterin köməyi ilə həyata keçirilir".

 

K. Əliyev V. İsmayılın "həkimin qan analizinin nəticələri bəlli olduqdan sonra protokol yazıla bilər" fikrinə aydınlıq gətirərək qeyd edib ki, şəxsin xüsusi texniki vasitələrlə yoxlanılması zamanı alkoqollu içkidən və yaxud narkotik vasitələrdən, psixotrop və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoşluq vəziyyəti müəyyən olunarsa, polis əməkdaşları tərəfindən İnzibati Xətalar Məcəlləsinin 406-cı maddəsinə uyğun olaraq protokol tərtib edilir: "Həmin Qaydalarda o da qeyd ounub ki, nəqliyyat vasitəsini idarə edən şəxs alkoqollu içkidən və yaxud narkotik vasitələrdən, psixotrop və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş vəziyyətdə olub-olmamasının müəyyən edilməsindən imtina etdikdə və ya xüsusi texniki vasitə ilə müayinənin nəticəsindən narazı olduqda, amma onun sərxoşluq əlamətləri özünü aşkar büruzə verdikdə şəxs tibbi müayinəyə göndərilir. Odur ki, xüsusi texniki vasitə ilə müayinədən keçməkdən imtina etməyən və müayinənin nəticəsi ilə razılaşan şəxsin barəsində inzibati xəta haqqında protokolun tərtib edilmə edilməsi qanunvericiliyin tələblərinə uyğundur".

 

Qeyd edək ki, həkim Vasif İsmayıl mətbuata açıqlamasında bildirib ki, spirtli içkinin qoxusunun gəlməsi sürücünün sərxoş olması demək deyil. Əsas olan qanda çıxan spirtin normasıdır. Yol polisi yoxladığı cihazla protokol tərtib edə bilməz. Həkim tərəfindən qan analizinin nəticələri bəlli olduqdan sonra protokol yazıla bilər.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!