USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
İSESCO-nun baş direktoru: “Dağlıq Qarabağ və digər münaqişələrin həlli üçün BMT daha çox iş görməlidir”

“Ədalət, sülh, bərabərlik ideyalarını yayan insanlar üçün bu, mühüm tədbirdir”.

ASAN Radionun məlumatına görə, bu sözləri V Bakı Beynəlxalq Humanitar Forumunun rəsmi açılış mərasimində çıxış edən İSESCO-nun baş direktoru Əbdüləziz Osman əl-Tuveycri söyləyib. O deyib ki, dünyada artan mənfi tendensiyaların qarşısının alınması beynəlxalq ictimaiyyətdən daha sıx əməkdaşlıq tələb edir: “Bütün bunlar mənəvi məsuliyyəti öz üzərimizə götürməyi zərurətə çevirir. Bu gün dünya beynəlxalq tarazlığı sıradan çıxaracaq təhlükələrə meyllidir. Sülh və təhlükəsizliyə təhdidlərə gəlincə, qloballaşma baxımından ciddi işlər görülməlidir. Dağlıq Qarabağ və digər münaqişələr olan yerdə BMT daha çox iş görməlidir. BMT Təhlükəsizlik Şurasında olan böyük dövlətlər lazımi addımlar atmalıdır. Beynəlxalq hüquqa əsaslanan yeni dünya düzəni qurulmalıdır. Buna görə böyük dövlətlər təcili qərarlar qəbul etməlidirlər. Əks təqdirdə, dünya cəngəlliyə çevrilər, hüquqa hörmət qalmaz”.

Osman əl-Tüveycrinin sözlərinə görə, İSESCO Azərbaycan torpaqlarının işğaldan azad edilməsini dəstəkləyəcək.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!