“Biz bir çox xalqların əziyyət çəkdiyi dünyada yaşayırıq”.
ASAN Radio xəbər verir ki, bu sözləri Bakı Humanitar Forumu çərçivəsində keçirilən panel müzakirələrinə Bolqarıstanın vitse-prezidenti Marqarita Popova deyib. O bildirib ki, bu gün mənəvi aspektlər çox vacibdir: “Qarşılıqlı dialoq, etimad çox vacibdir. Bu yolla riyakarlıq olmayan dünyaya nail ola bilərik. İnsan kapitalına önəm verməliyik. Zorakılıq halları insan resursuna təsir edən amildir. Sıravi insanın sevinci və kədəri bizdən yan keçməməlidir. Bu məsələlərdə media mühüm rol oynayır. Azərbaycanın bütün humanitar təşəbbüslərini dəstəkləyirik”.
XƏBƏR LENTİ
“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb.
24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb.
“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.
“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.
Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır.
Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir.
“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır.
Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz.
“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!