USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Paşazadə: "Milli və dini münaqişələrin həllində Azərbaycan modelindən bəhrələnmək məqsədəuyğun olardı"

"Azərbaycanda da dinc əhaliyə qarşı soyqırımı siyasəti həyata keçirilib. Ölkəmiz davamlı terror, qaçqın problemi ilə üzləşib. Məscid, kilsə və sinaqoqlar məhv edilib".

ASAN Radionun məlumatına görə, bu sözləri V Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində keçirilən panel müzakirələrində Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə deyib.

O, bütün bunlara baxmayaraq, Azərbaycanın Dağlıq Qarabağ münaqişəsinin ərazi bütövlüyü, beynəlxalq hüquq çərçivəsində və sülh yolu ilə həllini istədiyini bildirib: "Son zamanlar dünyada baş verən hadisələr dini ekstremizmin tüğyan etməsinə təkan verib. İfratçı cərəyanlar niyyətlərini həyata keçirmək üçün üçün İslam dininin adından sui-istifadə edir. Bu isə bizdə ciddi narahatlıq yaradır.

İnsan qırğının, maddi və mənəvi irsin məhvinin səngimədiyi bir vaxtda Avropada islamafobiya, ksenofobiya, miqrant axınına qarşı sərt tədbirlər həyata keçirilir. Bunu mədəniyyətlər və dinlərarası dialoqa vurulan ciddi zərbə kimi qiymətləndiririk. Bu sahədə dövlət başçıları, ictimai, dini qurumların rəhbərlərinin əməkdaşlığı vacibdir.

Fürsətdən istifadə edib patriarx Kirill başda olmaqla, Rus Pravoslav Kilsəsinə Dağlıq Qarabağ münaqişəsinin ədalətli, sülh yolu ilə həlli və onun dini qarşıdurmaya çevrilməməsi istiqamətində səylərini yüksək qiymətləndirdiyimizi diqqətə çatdırmaq istəyirəm. Hesab edirik ki, milli və dini zəmində baş verən münaqişələrin həllində  Azərbaycanın uğurlu modelindən bəhrələnmək məqsədəuyğun olardı". 

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!