USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Moskva Patriarxlığının nümayəndəsi: “Ən təhlükəli tendensiya radikalizmin din adından istifadə etməsidir”

“Müxtəlif dinlərin birgə yaşayışı aktual məsələyə çevrilib”.

ASAN Radionun məlumatına görə, bunu V Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində keçirilən panel müzakirələrində Moskva Patriarxlığının xarici kilsə əlaqələri şöbəsinin sədri, Volokolam mitropoliti İlarion deyib.

O qeyd edib ki, mədəniyyətlər və dinlərarası dialoq zamanı bütün dinlər üçün bərabər şəkildə ədalət formalaşdırılmalıdır: "Birgə yaşamalıyıq, amma özünəməxsusluğumuzu itirməməliyik. Dinimizdə hətta düşmənlərə qarşı mərhəmət hissinin olması müxtəlif dinlərin birlikdə yaşamasına şərait yarada bilər. Fərdi yanaşma olmalıdır. Hər cəmiyyətin özünəməxsusluğu var”.

Mitropolit İlarion bildirib ki, bu gün ən təhlükəli tendensiya radikalizmin din adından istifadə etməsidir. “Mümkün deyil ki, terrorçuluq dini terrorçuluq olsun. Burada dini ritorika altında özünü gizlədən terror fəaliyyəti var. Bütün terrorçular şeytanın xidmətçiləri, Allahın düşmənidir. Terrorçular dinin mərhəmət, sevgi, dözümlülük kimi dəyərlərinə qarşı çıxır. Bu gün minlərlə insanın qətlə yetirilməsi ən ağır cinayətdir. Ən aktual məsələlərdən biri dini maarifçilikdir. Biz vaxtında mənfi fəaliyyətlərdən övladlarımızı qorumalı, onları ənənəvi dinlərə ehtiram hissi ilə böyütməliyik", - deyə o vurğulayıb.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!