USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Azərbaycan prezidenti: “Regionda və dünyada baş verənlər nikbinlik üçün əsas vermir”

Azərbaycan prezidenti İlham Əliyev Rusiya hökumətinin sədr müavini Olqa Qolodetsin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

ASAN Radionun məlumatına görə, prezident İlham Əliyev Bakı Beynəlxalq Humanitar Forumunun Azərbaycan və Rusiya prezidentlərinin təşəbbüsü ilə təşkil edildiyini, ölkələrimizin Forumun keçirilməsində aparıcı rol oynadıqlarını bildirib.

Dövlət başçısı Rusiya prezidenti ilə avqust ayında keçirilən görüşündə bu mövzuya toxunduqlarını deyib və Forum iştirakçılarına ünvanladığı məktuba görə Rusiya dövlətinin başçısına təşəkkürünü çatdırmağı xahiş edib. Bakı Beynəlxalq Humanitar Forumunda müzakirə edilən məsələlərin aktual olduğunu deyən prezident İlham Əliyev regionda və dünyada baş verənlərin nikbinlik üçün əsas vermədiyini, bu səbəbdən humanitar əməkdaşlıq və sülhün bərqərar olması məqsədilə daha çox səy göstərməyin vacibliyini qeyd edib. Bu məsələdə Azərbaycanın təcrübəsinin çox əhəmiyyətli olduğunu, bir sıra ölkələrdə bu təcrübənin öyrənilməsinə ehtiyacın duyulduğunu bildirib. Azərbaycan-Rusiya münasibətlərinin zəngin tarixə malik olduğunu deyən dövlət başçısı ölkələrimizin bütün istiqamətlərdə, o cümlədən humanitar sahədə fəal əməkdaşlıq etdiyini vurğulayıb.

O. Qolodets isə şəhərimizin gözəlliyinin onda xoş təəssürat yaratdığını bildirib. “Bakının müasir siması həqiqətən məni çox təsirləndirdi. Bakı Azərbaycanın çoxəsrlik ənənələrini, eyni zamanda, bu gün dünyada yaranmış bütün yenilikləri özündə birləşdirir”, - deyən Olqa Qolodets Heydər Əliyev Mərkəzinin nümunəsində Bakının simasının güclü təsir bağışladığını vurğulayıb. “Rusiya tərəfi Sizin sülhə, əməkdaşlığa verdiyiniz töhfəni çox yüksək qiymətləndirir”, - deyən Rusiya hökuməti sədrinin müavini Rusiyanın Azərbaycan ilə əlaqələrə böyük əhəmiyyət verdiyini, ölkələrimiz arasında əməkdaşlığın səmərəli və çoxşaxəli olduğunu bildirib. Bakıda müxtəlif görüşlər keçirəcəyini, Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialında olacaqlarını deyən Olqa Qolodets səhiyyə və mədəni turizm sahəsində əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətini vurğulayıb.

Söhbət zamanı Azərbaycan ilə Rusiyanın ali məktəbləri arasında gənclərin regional forumlarının keçirilməsi, uşaqların yay düşərgələrində istirahəti və digər məsələlər müzakirə olunub.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!