USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Yuli Qusman: Bakı Beynəlxalq Humanitar Forumu beynəlxalq əlaqələr üçün ən yaxşı məkandır

Bakı Beynəlxalq Humanitar Forumu beynəlxalq əlaqələr üçün ən yaxşı və yaddaqalan məkandır. Prezident İlham Əliyev tərəfindən 2010-cu ildə bu forumun keçirilməsinə təşəbbüs göstərilib və forum 2011-ci ildən artıq beynəlxalq səviyyədə keçirilir. Ona maraq və diqqət ildən-ilə artır. “Dəyirmi masa”lar və plenar iclaslar forumun ayrılmaz hissəsidir.

ASAN Radio xəbər verir ki, bu sözləri jurnalistlərə müsahibəsində V Bakı Beynəlxalq Humanitar Forumunun iştirakçısı, tanınmış həmyerlimiz, TASS informasiya agentliyinin Baş direktorunun birinci müavini, publisist və rejissor Yuli Qusman deyib.

Y.Qusman qeyd edib ki, bugünkü forumda bir çox sahələr üzrə nobel mükafatçıları, kulturoloqlar və tanınmış elm, mədəniyyət və siyasət adamları iştirak edirlər. Ömürlərini peşələrinə həsr etmiş bu insanlar forumda maraqlı fikirlər səsləndirir və fikir mübadiləsi aparırlar. Onların fikirləri müasir zəmanəmiz üçün vacib olan mürəkkəb məsələlərin həllində böyük rol oynayır.

Forumun həm də mədəniyyətlərarası dialoq üçün yaxşı platforma olduğunu söyləyən Yuli Qusman bu əhəmiyyətli tədbirin təşkilinə görə Azərbaycan Prezidentinə minnətdarlığını bildirib.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!