USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Qafqaz Müsəlmanları İdarəsində Rus Pravoslav Kilsəsinin iyerarxı, mitropolit İlarion Volokolamski ilə görüş

Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə sentyabrın 29-da V Bakı Beynəlxalq Humanitar Forumunda iştirak etmək üçün ölkəmizdə səfərdə olan Rus Pravoslav Kilsəsinin iyerarxı, metropolit İlarion Volokalamskinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

ASAN Radio xəbər verir ki, şeyxülislam Allahşükür Paşazadə V Beynəlxalq Bakı Forumunun rəsmi açılışında Azərbaycan Prezidentinin nitqinin daha yaxşı gələcəyə ümidlər doğurduğunu vurğulayıb. O deyib: “Bizi narahat edən budur ki, Avropada miqrantlara qarşı ayrı-seçkilik edirlər, onları müsəlmanlara və qeyri-müsəlmanlara bölürlər. Ona görə də hesab edirik ki, sivilizasiyalar və dinlər arasında dialoq dünyada baş verən proseslərə müsbət təsir göstərəcək. Siz dəfələrlə Azərbaycana səfərdə olmusunuz və görmüsünüz ki, Azərbaycanın seçdiyi yol tolerantlıq və multikulturalizm yoludur. Ölkəmizin rəhbərliyi bütün dinlər üçün bərabər şəraiti təmin edir”.

Şeyxülislam A.Paşazadə Azərbaycan ilə Rusiya arasında münasibətlərin yüksələn xətlə inkişaf edəcəyinə əminliyini ifadə edib.

Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri qeyd edib ki, Patriarx Kiril həzrətləri Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllində həmişə ədalətli mövqe tutub. Şeyxülislam deyib: “Bu ilin aprel ayında baş vermiş məlum hadisələrdən dərhal sonra Azərbaycan və Ermənistan dini liderlərinin görüşünü təşkil etmək üçün Patriarx Kirilin cəhdlərinin Eçmiədzində dəstək ala bilmədiyinə həqiqətən üzüldüm”.

Metropolit İlarion şeyxülislam Allahşükür Paşazadənin dinlərarası dialoq və regionda sülhün bərqərar olmasında böyük səylərini qeyd edib. O deyib: “İştirak etdiyimiz Beynəlxalq Humanitar Forum Prezident İlham Əliyevin çox vaxtında həyata keçirdiyi təşəbbüsdür. Azərbaycan bu mötəbər tədbirə ən müxtəlif adamları - millətlərarası barışıq və dialoq işinə töhfə verən fərqli mədəniyyətlərin, dinlərin nümayəndələrini dəvət edib. Diqqəti buna çəkmək istəyirəm ki, Forum iştirakçılarının dini ənənələri fərqli olsa da, hamı eyni mövzularda, yəni, terrorizmlə mübarizənin zəruriliyi, sülh və dialoqun olması üçün səylərin birləşdirilməsindən danışırdı”.

Metropolit İlarion Volokolamski Patriarx Kirilin 70 yaşının tamam olması ilə bağlı ad günü mərasiminə dəvətini şeyxülislam Allahşükür Paşazadəyə çatdırıb.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!