USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Nazir müavini: "Azərbaycan qazının Bolqarıstana tezliklə nəqlində maraqlıyıq"

Bolqarıstan energetika nazirinin müavini Jeçko Stankovun başçılıq etdiyi nümayəndə heyəti Azərbaycanın Energetika Nazirliyində olub.

Nazirlikdən ASAN Radioya verilən məlumata görə, Azərbaycan energetika nazirinin müavinləri Gülməmməd Cavadov və Natiq Abbasovun iştirakı ilə keçirilən görüşdə iki ölkə arasında enerji əməkdaşlığının inkişaf istiqamətləri müzakirə edilib. Bildirilib ki, Azərbaycan və Bolqarıstan arasında dostluq münasibətlərinə əsaslanan əməkdaşlıq əlaqələrində enerji amili prioritet kəsb edir.

Bolqarıstanın Cənub Qaz Dəhlizinə qoşulması istiqamətində IGB (Interconnector Greece-Bulgaria) interkonnektorunun tikintisi, SOCAR-ın “Bulqartransqaz” və “Bulqarqaz” şirkətləri ilə əməkdaşlığı mühüm addımlar kimi qiymətləndirilib.

Azərbaycanı Bolqarıstanın etibarlı strateji tərəfdaşı kimi xarakterizə edən J. Stankov ölkəsinin Azərbaycan təbii qazının Bolqarıstana tezliklə nəqlində maraqlı olduğunu qeyd edib. O, enerji diversifikasiyasının vacibliyi, Bolqarıstanın tranzit imkanları və enerji sahəsində həyata keçiriləcək yeni layihələr, eləcə də dəyəri 1,4-15 mlrd. avro civarında olan  “Balkan” qazpaylayıcı mərkəzinin yaradılması perspektivləri barədə fikirlərini bölüşüb.

Qonaqlara Avropaya qaz tədarükünün şaxələnməsində əhəmiyyətli rola malik “Cənub Qaz Dəhlizi” layihəsinin icrası ilə bağlı son məlumatlar çatdırılıb. Görüşdə qarşılıqlı maraq doğuran bu və ya digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!