Oktyabrın 1-də Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində və onun filiallarında - Niyazinin mənzil-muzeyində, Vaqif Mustafazadənin ev-muzeyində Beynəlxalq Musiqi Günü münasibətilə “Açıq qapı” günü keçirilib.
Musiqi Mədəniyyəti Dövlət Muzeyindən ASAN Radioya bildirilib ki, gün ərzində bu muzeylərdə beynəlxalq müsabiqələr laureatları Fuad Əlizadə, Seyidxanım Babayeva və Nigar Quliyevanın ifalarında Azərbaycan və dünya klassiklərinin əsərlərindən ibarət musiqi proqramı təqdim edilib, muzeyə gələnlər tərəfindən böyük maraqla qarşılanıb.
Qeyd edək ki, Beynəlxalq Musiqi Günü UNESCO-nun qərarı ilə 1975-ci il oktyabrın 1-də təsis edilib.
XƏBƏR LENTİ
“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb.
24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb.
“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.
“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.
Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır.
Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir.
“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır.
Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz.
“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!