Roma Papası Fransiskin Azərbaycana səfəri başlayıb.
ASAN Radionun xəbərinə görə, Heydər Əliyev adına hava limanında qonağı baş nazirin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Xələf Xələfov və qarşılayıb.
Səfər çərçivəsində Roma Papası ilk öncə Bakıdakı katolik kilsəsində dini ayin keçirəcək. Sonra Fransisk Bakıdakı katolik kilsəsində rahiblərlə birgə nahar edəcək. Daha sonra Roma Papası və Azərbaycan prezidenti İlham Əliyevin təkbətək görüşü və Heydər Əliyev Mərkəzində ictimaiyyət qarşısında çıxışı nəzərdə tutulub.
Səfər proqramına, həmçinin, Roma Papası Fransiskin bütün Qafqazın şeyxi, QMİ rəhbəri Allahşükür Paşazadə və ölkənin dini icmalarının rəhbərləri ilə görüşü də daxildir.
Bundan başqa, Fransisk “Heydər Məscidi” və Şəhidlər Xiyabanına baş çəkəcək. Roma Papasının Bakıya səfəri bu gün axşam başa çatacaq.
XƏBƏR LENTİ
“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb.
24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb.
“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.
“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.
Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır.
Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir.
“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır.
Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz.
“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!