USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Con Kerrinin Qarabağ münaqişəsi barədə şərhlərinə aydınlıq gətirilib

Xəbər verildiyi kimi, keçən həftə ABŞ-ın dövlət katibi Con Kerri Vaşinqtonda Atlantik və Aspen İnstitutunda dünyanın müxtəlif yerlərində münaqişələri müzakirə edərkən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini də xatırladıb. O deyib ki, hazırda Dağlıq Qarabağ ətrafında Azərbaycan ilə Ermənistan arasında münaqişənin həll edilməsi üçün şərait yetişməyib, çünki “liderlər buna hazır deyil”.

ASAN Radio xəbər verir ki, oktyabrın 3-də ABŞ Dövlət Departamentinin press-brifinqində AZƏRTAC-ın xüsusi müxbiri Yusif Babanlı Dövlət Departamentinin nümayəndəsi E.Trudodan dövlət katibinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə şərhlərinə açıqlama verməsini xahiş edib. O qeyd edib ki, bu ilin mart ayında Con Kerrinin verdiyi bəyanatda ABŞ hökuməti Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib. Vurğulayıb ki, ABŞ-ın mövqeyi ATƏT-in Minsk qrupunun ABŞ tərəfindən həmsədri Ceyms Uorlikin çıxışında (2014-cü il mayın 7-si) yer alıb. Bu çıxışda qeyd olunub ki, münaqişənin nizama salınması üçün Ermənistan ordusu keçmiş Dağlıq Qarabağın işğal edilmiş ətraf rayonlardan çıxarılmalı, məcburi köçkünlərin öz yerlərinə qayıtmaları üçün şərait yaradılmalı, Dağlıq Qarabağa müvəqqəti status verilməli və bundan sonra gələcəkdə regionun statusu müəyyən edilməlidir. Çünki Azərbaycanın mövqeyi yuxarıda qeyd edilənlərlə ziddiyyət təşkil etmir, ABŞ-ın mövqeyi və Minsk prosesi ilə üst-üstə düşür, Ermənistan isə öz ordusunu işğal edilmiş ərazilərdən çıxarmaqdan imtina edir, - deyə o, ABŞ xarici siyasət idarəsinin bəyanatına aydınlıq gətirilməsini xahiş edib.

E.Trudo öz cavabında qeyd edib ki, o, dövlət katibinin sözlərini təhlil edə bilməz, lakin bir daha bəyan edir ki, ABŞ hökuməti Dağlıq Qarabağ münaqişəsi ətrafında danışıqlara əsaslanan münaqişənin nizama salınması prosesini dəstəkləyir. Dövlət Departamentinin nümayəndəsi vurğulayıb: “Biz tərəflərlə fəal işləməyi davam etdiririk, çünki ATƏT-in Minsk qrupunun həmsədriyik”. O deyib ki, münaqişə üzrə uzunmüddətli mövqe, Minsk qrupunun həmsədri kimi, Helsinki Yekun Aktının güc tətbiq etməmək, ərazi bütövlüyünü və öz müqəddəratını təyin etmə kimi prinsiplərini əhatə edən beynəlxalq hüquqa əsaslanır.

E.Trudo dövlət katibinin bəyanatına dair qeyd edib ki, sülhə görə məsuliyyət hər iki dövlətin liderlərinin üzərinə düşür və münaqişənin nizama salınması yollarının axtarışında ölkə rəhbərlərinin cəhd göstərmələrinin vacibliyini bir daha vurğulayıb.

Xatırladaq ki, Ermənistanın təcavüzü nəticəsində Azərbaycan ərazilərinin 20 faizi, o cümlədən Dağlıq Qarabağ 1992-1994-cü illərdə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilib. Müharibənin gedişində Ermənistan tərəfindən Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərində oyuncaq rejimi yaradılıb. Ermənistanla Azərbaycan arasında Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizama salınması üzrə danışıqlar ATƏT-in Minsk qrupu çərçivəsində aparılır.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!