USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Qəbələdə “Dini radikalizmlə mübarizədə dini icmaların fəaliyyətinin təşkili” mövzusunda tədbir keçirilib

ASAN Radio xəbər verir ki, oktyabrın 3-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Qəbələ Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Qəbələ rayonunda “Dini radikalizmlə mübarizədə dini icmaların rolu” mövzusunda tədbir keçirilib.

Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı, Qəbələ Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Abil Ağasəfov, rayon icra hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Yaşar Nəzirov, rayonda fəaliyyət göstərən dini icma sədrləri, din xadimləri, rayon ağsaqqalları, ziyalılar və gənclər iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Qəbələ Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Abil Ağasəfov rayondakı dini durum barədə ümumi məlumat verib. Natiq bildirib ki, Qəbələ  rayonu Azərbaycanda müxtəlif xalqların, müxtəlif dini konfessiyaların, icmaların birgə yaşadığı ən nümunəvi bölgələrdən biri sayılır. Rayonda alban məbədlərinin, məscidlərin,  digər dini ayinlərin icra edildiyi ziyarətgahların mövcud olduğunu və birgə fəaliyyət göstərdiyini tədbir iştirakçılarının diqqətinə çatdırıb.

DQİDK sədrinin birinci müavini Səyyad Salahlı çıxış edərək dövlət-din münasibətlərindən, ölkəmizdə milli-mənəvi və İslami dəyərlərin qorunması və təbliği sahəsində görülən işlərdən bəhs edib. Qeyd edib ki, Azərbaycan tolerant ölkədir və burada bütün dinlərin nümayəndələri azad şəraitdə yaşayırlar. Səyyad Salahlı, həmçinin dini radikalizmin mahiyyəti və onunla mübarizə yolları, dünyada baş verən siyasi proseslərin dini radikalizmə təsiri barədə geniş məlumat verib. Azərbaycan dövlətinin tarixən ölkəmizdə mövcud olan və keçmişdən bizə miras qalan mütərəqqi dini ənənələrin yaşadılması və inkişafı ilə əlaqədar gördüyü işlərdən bəhs edən sədr müavini eyni zamanda gənclərin, ziyalıların və din xadimlərinin dini radikalizmlə mübarizədə fəal olmalarının vacibliyindən söz açıb.

Daha sonra  mərkəzi “Cümə” məscidinin naib imamı Saleh Şirinov, Qəmərvan dini icmasının sədri İkram Ziyadov  mövzu ətrafında məruzələr ilə çıxış ediblər. Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!