USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Filipp Kirkorov: Azərbaycana çoxdan könül vermişəm

“Azərbaycana çoxdan könül vermişəm”. ASAN Radio xəbər verir ki, bu sözləri Rusiyanın Xalq Artisti Filipp Kirkorov Bakıda təqdim edəcəyi dünya səviyyəli möhtəşəm “Ya” şousu barədə AZƏRTAC-ın müxbirinə müsahibəsində deyib.

Müğənni qeyd edib ki, Azərbaycan tamaşaçıları ilə görüşü böyük həyəcanla gözləyir: “Nəhayət baş tutacaq bu görüşü çox həyəcanla gözləyirəm. Mən uzun illər boyu Bakıya can atmışam. Nəhayət, dostlarımın, pərəstişkarlarımın sayəsində dekabrın 10-da Bakıda “Ya” şousu baş tutacaq”.

“Ya” şousunun quruluşçu rejissoru dünyada ən çox tələbat duyulan şou rejissorlarından biri, “Sirk dü Soley” adlı məşhur eklektik tamaşanın müəllifi Franko Draqone hazırlayıb. O, əfsanəvi “Sirk dü Soley” üçün 12 proqramın müəllifidir. Draqonenin ideyaları əyləncə sənayesində köklü dəyişikliklər edib. Onun Las-Veqasda Selin Dion üçün hazırladığı şou sonradan ən çox satılan əyləncə məhsullarından birinə çevrilib.

Rusiyalı müğənni deyib: “Ya” şousunu böyük rejissor Franko Draqone hazırlayıb. Əminəm ki, səhnədə çıxış edəcək 80 nəfər, yeddi treylerlə Bakıya gətiriləcək dekorasiyalar, Azərbaycan paytaxtının ən gözəl zalında təqdim edəcəyimiz şou hamını sevindirəcək və heyran edəcək”.

Möhtəşəm “Ya” şousunun premyerası bu ilin martında Moskvadakı Dövlət Kreml sarayında olub. O vaxt premyeradan əvvəl F.Kirkorov jurnalistlərə demişdi: “Uşaq yaşlarımdan sirkin vurğunuyam, çünki nənəm sirk artisti olub. İlk dəfə Las-Veqasda qastrolda olarkən istirahət günümdə Franko Draqonenein quruluş verdiyi “Sirk dü Soley” tamaşasına baxmağa getdim. Orada gördüklərim məni valeh etdi. Bir-iki ildən sonra yenə Amerikaya getdim və bu dəfə də Draqonanın quruluşunda Selin Dion şousuna tamaşa etdim. Tamaşa məni “tora saldı”, ovsunladı. Başa düşdüm ki, öz rejissorumu tapmışam. Gözəllik aləminə onun baxışı mənim baxışıma tam uyğundur. Selin Dion bizi tanış etdi və fikirləşirdim ki, indicə ona edəcəyim təklifdən imtina edə bilməyəcək, lakin bu niyyətim baş tutmadı. Əsla təsəvvür etmirdim ki, Draqonanın həyatı on il öncədən planlaşdırılıb. Mən növbə tutdum və səbrlə öz vaxtımı gözləməyə başladım”.

“Ya” şousu Ruisyada bir eksperimentdir. Az qala 1500-ə yaxın rəqqas arasından seçim şəxsən Franko Draqone və quruluşçu xoreoqraf Toni Testo tərəfindən həyata keçirilib. Testo Kayli Minouq, Britni Spirs və Cennifer Lopes kimi böyük sənətkarlarla işləyib.

Şou vaxtı Filipp Kirkorov səhnədən bir oğlanın başına gələnləri danışır. Uşaqlıq illəri sirkin səhnə arxasında keçmiş bu oğlan gələcəkdə böyük artist olmaq arzusu ilə yaşayıb, tədricən məşhurlaşıb və o qədər populyarlaşıb ki, indi bəzən zamanı dayandırmaq istəyir.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!