USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Bakıda VIII Azərbaycan mikromaliyyə konfransı işinə başlayıb

Azərbaycan Mikromaliyyə Assosiasiyasının təşkilatçılığı ilə oktyabrın 6-da Bakıda ikigünlük "Üfüqdə yeni imkanlar: çətinlikləri perspektivlərə çevirək" adlı VIII Azərbaycan mikromaliyyə konfransı işə başlayıb.

ASAN Radio xəbər verir ki, Azərbaycan Mikromaliyyə Assosiasiyasının icraçı direktoru Jalə Hacıyeva konfransın məqsədinin mikromaliyyə təşkilatları, banklar, kredit ittifaqları və investorlar\donorlar və xidmət təminatçıları arasında əlaqələrin, bugünkü rəqabətli və çətin dövrdə bazarda yeni imkanların axtarılması olduğunu deyib. O, konfransın investorlar, üzv təşkilatlar arasında şəbəkələşmə və əməkdaşlıq imkanlarının yaradılmasındakı rolunu qeyd edib.

Bildirib ki, cari ildə mikromaliyyə xidməti göstərən maliyyə təşkilatları 370 min 245-dən çox müştəriyə xidmət göstərməklə 485 milyon 161 min 772 dollar həcmində portfelə malikdir.

Konfrans iştirakçıları dəyər zənciri çərçivəsində alıcı qabiliyyətini, gəlirliliyini və səmərəliliyini inkişaf etdirməklə əməkdaşlığı və paylaşdırma sistemlərini gücləndirmək üçün kənd təsərrüfatı bazarlarına giriş və çıxışı, dəyər zənciri çərçivəsində kiçik fermer və kiçik sahibkarlığa daha yaxşı inteqrasiya edilə biləcək kredit məhsulları və alətləri müzakirə edirlər.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!