USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Dövlət Statistika Komitəsinin nümayəndələri Belarusda Avrostat və BMT tərəfindən təşkil edilmiş tədbirlərə qatılıblar

ASAN Radio Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 3-7 oktyabr tarixlərində Belarusun paytaxtı Minskdə Avropa İttifaqının Statistika Bürosunun təşkilatçılığı ilə Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiya ölkələrinin statistika təşkilatlarının rəhbərliyi üçün “Rəsmi statistikanın təkmilləşdirilməsi” mövzusunda yüksək səviyyəli seminar və BMT-nin Statistika şöbəsinin təşkilatçılığı ilə “Rəsmi statistikanın islahatlar proqramı”na dair konfrans keçirilir. Tədbirlərdə ölkəmizi Dövlət Statistika Komitəsi sədrinin müavini Yusif Yusifov, Komitənin Statistika işlərinin əlaqələndirilməsi və strateji planlaşdırma şöbəsinin müdiri Qasım Əliyev təmsil edirlər.

Avrostat tərəfindən təşkil edilmiş seminarda Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiya ölkələrində keyfiyyətin idarə edilməsi sahəsində baş vermiş son yeniliklər haqqında məlumat verilib, Avrostatla bu ölkələr arasında əməkdaşlığa, o cümlədən milli statistika sistemlərinin qlobal qiymətləndirilməsinə, dayanıqlı inkişaf sahəsində monitorinqə dair məsələlər müzakirə olunub. İştirakçı ölkələrin nümayəndələri və seminarın işinə cəlb edilmiş ekspertlər üstün təcrübələr haqqında məlumat veriblər. Cari ilin 12-16 sentyabr tarixlərində Avrostat, BMT-nin Avropa İqtisadi Komissiyası və Avropa Azad Ticarət Assosiasiyası tərəfindən Azərbaycanda keçirilmiş Qlobal Qiymətləndirmə haqqında məlumat verən Avrostatın nümayəndəsi Dövlət Statistika Komitəsinin bu tədbirə yüksək səviyyədə hazırlaşdığını vurğulayıb, qiymətləndirmədə müşahidəçi kimi iştirak etmiş Belarus və Moldova respublikalarının nümayəndələri isə bu tədbirə hazırlaşan ölkələrə Azərbaycanın təcrübəsindən yararlanmağı tövsiyə ediblər.

“Rəsmi statistikada islahatlar”konfransı BMT-nin “Dayanıqlı inkişaf – 2030” proqramına dəstək məqsədi ilə rəsmi statistikaya olan ehtiyacın ödənilməsində yeni təşəbbüslərin öyrənilməsinə yönəldilib. Bu məqsədlə tədbirdə rəsmi statistikanın transformasiyasına, məlumatların toplanması, emalı və yayılmasında mütərəqqi informasiya texnologiyalarına dair qabaqcıl təcrübələr haqqında ətraflı məlumat verilib.

Seminar və konfransda Dövlət Statistika Komitəsinin nümayəndələri təqdimatla çıxış edərək ölkə təcrübəsini bölüşüblər.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!