USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
BMT Baş katibinin müavini: Azərbaycan gömrükçüləri 1 ton 132 kiloqramdan çox narkotik vasitəni dövriyyədən çıxarıb

ASAN Radio Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətinə istinadən xəbər verir ki, BMT Baş katibinin müavini, qurumun Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin icraçı direktoru Yuri Fedotov Azərbaycan Dövlət Gömrük Komitəsinə məktub ünvanlayıb.

Fedotov məktubda narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı aparılan səmərəli mübarizə tədbirlərinə görə komitəyə təşəkkür edib.

Məktubda vurğulanır ki, 2016-cı ildə də narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması məqsədilə Azərbaycanın gömrük orqanları tərəfindən genişmiqyaslı tədbirlər həyata keçirilib. 

Bunun nəticəsində 2016-cı ilin 9 ayı ərzində gömrük orqanları tərəfindən aşkar edilib, 89 fakt üzrə 98 faizindən çoxu heroin olmaqla 1 ton 132 kiloqramdan çox narkotik vasitə (o cümlədən 1 ton 112 kq heroin, 6,5 kq tiryək, 12 kq həşiş, 1,6 kq marixuana, 14 qr metadon və 92 qramdan çox və 150 ədəd həb psixotrop maddə) qanunsuz dövriyyədən çıxarılıb.  Cari ildə 23 narkoqrup ifşa edilərək 12 nəfəri qadın, 107 nəfəri kişi olmaqla 119 nəfər barəsində təhqiqat və istintaq aparılıb, toplanmış materiallar müvafiq məsuliyyətə cəlb edilmələri üçün məhkəməyə göndərilib.

Saxlanılan şəxslərin 89 nəfəri Azərbaycan Respublikası, 22 nəfəri İran, 2 nəfəri Belarusiya, 1 nəfəri Rusiya, 1 nəfəri Gürcüstan, 1 nəfəri Hindistan, 1 nəfəri Pakistan, 1 nəfəri Tacikistan, 1 nəfəri isə Türkiyə vətəndaşıdır.

Əldə edilən uğurların nəticəsi olaraq Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin narkotiklərlə mübarizə sahəsində göstərdiyi səylər və qazandığı nailiyyətlər nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən də yüksək qiymətləndirilir.

BMT Baş katibinin müavini, BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin icraçı direktoru Yuri Fedotov Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin rəhbərliyinə ünvanladıgı məktubunda da ölkəmizin ərazisindən tranzit yolla keçirilməsinə cəhd edilən böyük həcmdə narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınmasının mühüm əhəmiyyətini və digər dövlətlər üçün yaxşı nümunə olduğunu göstərməklə, Dövlət Gömrük Komitəsinə  öz təşəkkürünü bildirib, təmsil etdiyi qurumun Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin gələcəkdə də bu istiqamətdə dəstək göstərməyə və əməkdaşlığa hazır olduğunu vurğulayıb.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!