USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Novruz Məmmədov: "Dünya ictimaiyyəti beynəlxalq hüququ unudub"

"Azərbaycan çoxvektorlu, tarazlaşdırılmış siyasət həyata keçirir".

ASAN Radionun məlumatına görə, bunu Prezident Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin təşkil etdiyi "Azərbaycanın qlobal və regional arenada rolu: Reallıqlar və perspektivlər" mövzusunda Azərbaycanın müstəqilliyinin 25-ci ildönümünə həsr edilmiş beynəlxalq konfransın açılışında deyib.

N. Məmmədov bildirib ki, Azərbaycanın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi ölkənin daxili və xarici siyasətinin dünya ölkələri tərəfindən rəğbətlə qarşılanması demək idi: "Azərbaycan Qoşulmama Hərəkatına üzv olub, kiçik dövlət olsa da, dünyada sülhün və təhlükəsizliyin təmin olunmasında aktiv iştirak edir. Azərbaycan beynəlxalq antiterror koalisiyasına qoşulan ilk ölkələrdən biridir. Hazırda Azərbaycan Əfqanıstana yük daşınmasında əsas rol oynayır".

Prezident Administrasiyası rəhbərinin müavini bildirib ki, Azərbaycan bir çox üçtərəfli formatların təşəbbüskarıdır: "Azərbaycan-Rusiya-İran, Azərbaycan-Türkiyə-İran, Azərbaycan-Türkiyə-Gürcüstan üçtərəfli formatları buna nümunədir. İslam Əməkdaşlıq Təşkilatı Qarabağ münaqişəsinin tənzimlənməsində Azərbaycanın ədalətli mövqeyini müdafiə edir, bununla bağlı qrup yaradılması barədə də qərar verilib".

N. Məmmədov qeyd edib ki, SSRİ-nin süqutundan, "Varşava sistemi" dağılandan sonra dünya ictimaiyyəti beynəlxalq hüququ unudub. O, Azərbaycanın Avropa İttifaqı ilə bərabərhüquqlu əməkdaşlığa üstünlük verdiyini qeyd edib: "Azərbaycan Avropa İttifaqına daxil olan 8 dövlətlə strateji tərəfdaşlıq müqaviləsi imzalayıb".

N. Məmmədov vurğulayıb ki, Azərbaycanın həyata keçirdiyi enerji layihələri Asiya və Avropanı birləşdirib: "45 milyard dollar sərmayənin qoyulacağı TAP, TANAP layihələrinin reallaşması yeni səhifə açacaq. Bu gün enerji amili dövlətlərarası münasibətlərə, xarici siyasətə böyük təsir göstərir. Azərbaycan həm də Şərqlə Qərbin mədəni qovşağıdır. Azərbaycan Şərqdə qadınlara ilk dəfə səsvermə hüququ verib, Şərqdə ilk dəfə opera və baletin əsasını qoyub. Azərbaycanda çoxsaylı beynəlxalq tədbirlər keçirilir. Bu xüsusda 2015-ci ildə keçirilən Birinci Avropa Oyunlarını qeyd etmək istəyirəm. İdman sülhün təşviqində böyük rol oynayır. Gələn il isə Azərbaycanda İslam Həmrəylik Oyunları keçiriləcək. Bu tədbirlərin keçirilməsi bu gün asan olmasa da, Azərbaycan idman siyasəti ilə sülhə böyük töhfə verməyə davam edir".

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!