USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Bakıda Azərbaycan Beynəlxalq Təhsil Sərgisi keçirilir - FOTOLAR

ASAN Radio xəbər verir ki, 7-9 oktyabr tarixlərində Bakı Ekspo Mərkəzində keçiriləcək Azərbaycan Beynəlxalq Təhsil sərgisi öz 10 illik yubileyini qeyd edir. 

Bu il “Təhsil” sərgisi dünyanın 14 ölkəsindən 118 iştirakçını bir araya gətirərək 60-dan çox fakültə təqdim edir. İştirakçılar arasında Azərbaycan, Almaniya, Belarus, İordaniya, Latviya, Litva, Macarıstan, Polşa, Çexiya ölkələrin ali təhsil müəssisəsi, kollec və başqa təhsil təşkilatlarının nümayəndələri də var.

Hər il sərgidə iştirak edən Azərbaycan Respublikası Təhsil Nazirliyi öz stendində ”Maarifçi”, “Sabah”, “Bir könüllü”, “Azərbaycan üçün öyrət” layihələrini təqdim edir. Həmçinin, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti ilə birlikdə Təhsil Nazirliyinin stendində Fransız-Azərbaycan Universiteti (UFAZ) təqdim olunur.

Bu il “Təhsil” sərgisində yenidən məktəbəqədər təhsil sektoru təqdim olunur. Bu sektorda Beynəlxalq Sabis Sun Məktəbi, "XXI Əsr" Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzi və «British School in Baku» iştirak edir.

Sərgi bir daha təhsil sahəsində çoxsaylı seçim imkanları təklif edən unikal platformaya çevriləcək. “Təhsil” sərgisinə giriş 9-11-ci sinif şagirdləri, eləcə də onların valideynləri, habelə abituriyentlər, tələbələr, məktəb direktorları, universitetlərin rektorları, təsərrüfat işləri üzrə prorektorlar və təhsil sahəsinin digər peşəkarları üçün açıq olacaq. Sərginin keçiriləcəyi günlərdə ziyarətçiləri metronun “Koroğlu” stansiyasından sərgi mərkəzinə və geriyə (ödənişsiz) daşıyacaq xüsusi avtobuslar təşkil olunacaq.

Qeyd edək ki, ASAN Radio Azərbaycan Beynəlxalq Təhsil Sərgisinə informasiya dəstəyi göstərir.

 

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!