USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
DİN sosial şəbəkələrdə polisə ictimai dəstək verən mülki şəxslərin fotolarının yayılmasına münasibət bildirib

Daxili İşlər Nazirliyi (DİN) sosial şəbəkələrdə «Polisə ictimai dəstək» sözləri yazılmış xüsusi geyim formasını daşıyan mülki əməkdaşların fotoşəkillərinin yayılmasına münasibət bildirib.

ASAN Radionun məliumatına görə, DİN mətbuat xidmətinin rəisi, polis polkovniki Sadiq Gözəlov bildirib ki, son günlər bəzi sosial şəbəkələrdə «Polisə ictimai dəstək» sözləri yazılmış xüsusi geyim formasını daşıyan mülki əməkdaşların fotoşəkillərinin yayılması, mövzu ətrafında müzakirələr aparılması ölkə vətəndaşlarının polisin fəaliyyətinə əlavə impuls verəcək yeni təsisatın işinə diqqətindən, bütün cəmiyyətin marağında olan cinayətkarlıqla mübarizə və ictimai asayişin təmini sahələrinə ictimai dəstəyin əhəmiyyətindən irəli gəlir: “Məlum olduğu kimi, prezident İlham Əliyev ölkəmizdə qanunçuluğun və hüquq qaydasının qorunmasında vətəndaşların geniş iştirakının təmin edilməsi, polis orqanlarına ictimai dəstəyin təşviqi, polis-vətəndaş münasibətlərinin daha da möhkəmləndirilməsi məqsədilə 2016-cı il martın 2-də «İctimai asayişin qorunmasında vətəndaşların iştirakının təmin edilməsi barədə» Fərman imzalayıb və «İctimai asayişin qorunmasında vətəndaşların iştirakı Qaydaları» təsdiq edilib. Dövlət başçının məlum fərmanından irəli gələn vəzifələrin icrası ilə bağlı Daxili İşlər Nazirliyinin Kollegiyasının qərarı ilə «İctimai asayişin qorunmasında vətəndaşların polis orqanları ilə əməkdaşlığının təşkili Qaydası»  qüvvəyə minib.

Qaydalara əsasən, ictimai asayişin qorunmasına şəxsi və işgüzar keyfiyyətlərinə görə fərqlənən, müddətli həqiqi hərbi xidmət keçmiş, yaşı 20-dən az və 24-dən çox olmayan Azərbaycan vətəndaşları könüllülük əsasında cəlb olunurlar. Polisə ictimai dəstək məqsədilə vətəndaşların əməkdaşlığa cəlb edilməsi barədə əvvəlcədən kütləvi informasiya vasitələrində və Daxili İşlər Nazirliyinin internet saytında elanlar verilir. İctimai asayişin qorunmasına vətəndaşların cəlb olunması şəhər, rayon polis orqanları tərəfindən «Daxili işlər orqanlarında xidmətə qəbul olunmaq üçün namizədlərlə müsabiqənin keçirilməsi Qaydaları»na uyğun həyata keçirilir. Belə ki, həmin şəxslərlə əmək müqaviləsi bağlanılır, onlar dövlət hesabına üzərində «Polisə ictimai dəstək» sözləri yazılmış geyim forması, döş nişanı, aylıq ödəniş və xüsusi vəsiqə ilə təmin olunurlar. O da qeyd olunmalıdır ki, daxili işlər orqanlarında xidmətə qəbul zamanı ictimai asayişin qorunmasında 2 il polis orqanı ilə əməkdaşlıq etmiş şəxslərə üstünlük verilir”.

S. Gözəlovun sözlərinə görə, nazirliyinin mülki işçiləri üçün müəyyən olunmuş təminatlar ictimai qaydanın qorunmasında iştirak edən vətəndaşlara da şamil edilir və onlar gündəlik 6 saat xidmətə cəlb olunur, həyat və sağlamlıqları DİN tərəfindən sığortalanır. Asayişin qorunmasına cəlb olunmuş şəxslər ictimai qaydanın və ictimai təhlükəsizliyin təmin edilməsində polis əməkdaşları ilə birgə xidmət aparır, cinayətlərin və digər hüquqpozmaların qarşısının alınması, narkomaniyanın, alkoqolizmin, yetkinlik yaşına çatmayanların baxımsızlığının profilaktikası, penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası, məişət zorakılığının qarşısının alınması sahəsində həyata keçirilən tədbirlərdə, eləcə də əhali arasında aparılan hüquqi maarifləndirmə işlərində fəal iştirak edirlər: “Xüsusi qeyd edilməlidir ki, kütləvi informasiya vasitələrində öncədən verilmiş elanlara uyğun olaraq, Azərbaycan prezidentinin məlum fərmanının icrası çərçivəsində daxili işlər naziri, general-polkovnik Ramil Usubov tərəfindən müxtəlif şəhər və rayonlarda mülki işçi vəzifələrinə xidmətə qəbulla bağlı sıra baxışları keçirilib. Olduqca şəffaf və ədalətli şəkildə keçən həmin tədbirlərdə iddiaçılar arasından seçilən gənclər hazırlıq kurslarını müvəffəqiyyətlə başa vurduqdan sonra respublikamızın ərazi polis orqanlarında ictimai asayişin qorunmasına cəlb olunublar və hazırda polis əməkdaşları ilə birlikdə gündəlik vəzifələrinin icrası ilə məşğuldurlar”.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!