USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Səhiyyə Nazirliyində yeni komissiya yaradıldı

Azərbaycanda kritik vəziyyətdə olan və ölümlə nəticələnə bilən hamiləliklərin səbəbi Səhiyyə Nazirliyi tərəfindən yeni yaradılan xüsusi komissiya araşdırılacaq. Səhiyyə Nazirliyinin Doğuşa yardım Komissiyasının sədri Leyla Rzaquliyeva deyib ki, artıq bununla bağlı Doğuşayardım Komissiyasının nəzdində xüsusi komissiya yaradılıb: “İndi hamiləliklə bağlı kritik vəziyyətlər çoxdur. Necə olur ki, kritik vəziyyətdə olan hansısa qadının hamiləliyi ölümlə nəticələnir, hansısa qadının həyatını xilas edə bilirik? Xüsusi komissiya bu halları araşdıracaq. Analiz edilməlidir ki, belə hallar niyə baş verir? Komissiya ana ölümlərinin qarşısının alınması üçün yaradılıb”. L.Rzaquliyeva əlavə edib ki, komissiya ağır vəziyyətdə olan hamiləliklərin araşdırılması ilə məşğul olacaq

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!