USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Xəzərdə neft-qaz infrastrukturuna qarşı təhlükələrlə əlaqədar taktiki təlimlər keçirilib - FOTOLAR

Dövlət Sərhəd Xidmətinin (DSX) bölmələri Xəzər dənizinin Azərbaycana aid hissəsində yerləşən neft-qaz infrastrukturuna qarşı təhlükə yarandıqda axtarış əməliyyatlarının aparılması və aşkarlanan terror-təxribat qüvvələrinin zərərsizləşdirilməsi ilə bağlı taktiki təlimlər keçirib.

DSX mətbuat mərkəzindən ASAN Radioya bildirilib ki, təlimlərin əsas məqsədi Xəzər dənizində neft-qaz yataqları, sualtı boru kəmərlərinin mühafizəsinin təşkili və döyüş əməliyyatlarının aparılması zamanı DSX bölmələrinin döyüş hazırlığının yüksəldilməsi, qarşılıqlı fəaliyyətdə komandir heyə­tinin idarəetmə bacarığının inkişaf etdirilməsi, qaranlıq hava şəraitində sərhəd axtarı­şının aparıl­ması, raket-artilleriya qurğularından atışların keçirilməsi üzrə praktiki vərdiş­lərin təkmilləş­diril­məsi olub.

Üç mər­hələdə on taktiki epizod üzrə keçirilən təlimlərdə neft-qazçı­xarma rayonlarının, plat­formaların, ixrac boru kəmər­ləri­nin mühafizəsi və mü­dafiəsi ilə bağlı DSX Sahil Mühafizəsinin və Aviasiya Dəstəsinin gündəlik şəraitdən fövqəladə şərai­tə keçirilməsi və birgə axtarış əməliy­yatlarının aparılması, sorğuya cavab verməyərək ərazidən uzaqlaşan gəminin dayandırılması üçün xəbərdarlıq atəşinin açılması, havadan çevik qru­pun helikopter vasitəsilə gəmiyə desantlaşdırılması, gəmidə şərti düş­mənin terror-təx­ribat qrupunun zərərsizləş­dirilməsi, dayan­dırılmış gəmiyə təlim keçmiş xidməti itlər və xüsusi ax­ta­rış vasitələri ilə baxış keçi­rilməsi, küt­ləvi qırğın silahlarının kom­ponentlərinin və narkotik vasi­tələ­rin aşkar edilməsi kimi təlim tapşırıqları uğurla icra edilib.

Sahil Mühafizəsinin sərhəd gözətçi gə­milərinin və  Aviasiya Dəstəsinin helikopterlərinin zenit-artilleriya qurğuları və raket kompleks­lərindən günün işıqlı və qaranlıq vaxtla­rında hədəflərə döyüş atışları müvəffəqiyyətlə həyata keçirilib, neft platforması rayonunda kəşfiyyat fəaliyyəti ilə məşğul olan rəqibin pilotsuz uçuş apara­tının və tələblərə tabe olmayan pozucu qayığın, şərti düşmənin sualtı təxribat qruplarının və sahildə düşərgə qurmuş şərti terrorçu qruplarının qaranlıq hava şəraitində aşkarlanması və məhv edil­məsi üzrə tapşırıqlar yerinə yetirilib.

Təlimlərdə qarşıya qo­yulan vəzifələr tam həcmdə icra olunub.

DSX rəisi-Sərhəd Qoşun­larının Komandanı general-polkovnik Elçin Qu­liyev Xəzər də­nizində dövlət sərhəd­lərinin etibarlı mü­hafizəsinin və neft-qaz hasilatı-daşınması infrastruk­turunun təhlü­kə­siz­liyi­nin təmin edilməsinin DSX-nin əsas vəzifələrindən biri olmasını xüsusi vurğulayıb.

Təlimlər zamanı yüksək peşəkarlıq nümayiş etdirmiş hərbi qulluq­çular təltif olunublar.

Taktiki təlimləri baş nazirinin birinci müavini Yaqub Eyyubov izləyib.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!